Prayk

UI UX Designer

1 000 ₼
Tekshirilgan1 oy oldin
Shahar
Bakı
Kategoriya
Dizayn
Sana
Koʻrishlar
1
Raqam
№2149258

Tavsif

Biz sürətlə böyüyən idman zalı idarəetmə və fitness tracking SaaS platforması üzərində çalışırıq. Mövcud mobil və veb tətbiqlərimiz üçün uzunmüddətli əməkdaşlıq üçün istedadlı UI/UX dizayner axtarırıq. İş şəraiti – Rəqabətli maaş təklif edirik və erkən komanda üzvü kimi şirkət böyüdükcə equity (səhm) imkanı mövcuddur. – İş növü: Remote (İstənilən yerdən) – Məşğulluq növü: Part-time / Freelance – Əmək haqqı: Təcrübə və bacarıqlara uyğun olaraq rəqabətli maaş. Portfolio əsasında müzakirə olunur. Biz nə təklif edirik – Böyümə mərhələsindəki startup ilə uzunmüddətli əməkdaşlıq – Şirkət böyüdükcə məhsul dizaynını formalaşdırmaq imkanı – Dinamik və innovativ komanda ilə iş – Performansa əsaslanan karyera inkişafı imkanları – Gələcəkdə equity (şirkət səhmi) alma potensialı – Tam remote işləmək azadlığı - dünyanın istənilən yerindən – Çevik iş qrafiki - full-time, part-time və ya freelance formatında başlamaq mümkündür – Tam statda işləyənlər üçün part-time-dan full-time-a keçid imkanı Müraciət etmək üçün – Portfolio təqdim etmək mütləqdir. Portfolionuzda mobil və veb tətbiq dizaynlarınızı, UX problem-solving yanaşmanızı və müasir, intuitiv interfeys yaratma bacarığınızı nümayiş etdirin. – SAAS təcrübəsi arzuolunandır lakin - istənilən sektorda keyfiyyətli işlər nümayiş etdirə bilərsiniz. – Bu sadəcə kontrakt deyil - bizimlə birlikdə böyüyəcək düzgün dizayner ilə uzunmüddətli partnyorluq qururuq. Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. – Mövcud mobil və veb tətbiq dizaynlarımızı təkmilləşdirmək və inkişaf etdirmək; – Yeni funksiyalar və istifadəçi axınlarını sıfırdan dizayn etmək; – Konversiyaya yönəlmiş landing page-lər yaratmaq; – Mobile-first, responsive və pixel-perfect dizaynlar hazırlamaq; – shadcn/Tailwind CSS framework ilə uyğun komponent kitabxanaları dizayn etmək; – Müasir dizayn trendlərini izləmək və AI-ilə təchiz olunmuş dizayn yanaşmaları tətbiq etmək; – Developer komandası ilə sıx əməkdaşlıq edərək dizayn sistemlərinin tətbiqini təmin etmək; – İstifadəçi təcrübəsini daim təkmilləşdirmək üçün A/B testlər və analitika ilə işləmək; – Brend identifikasiyasını qoruyaraq vahid dizayn dili yaratmaq. Əmək haqqı: 500-1000 AZN
REKLAMA