Prayk
Uşaqlar üçün xüsusi ehtiyaclara uyğunlaşdırılmış reabilitasiya əlil — Əlil arabalar, Bakı
300 ₼

Uşaqlar üçün xüsusi ehtiyaclara uyğunlaşdırılmış reabilitasiya əlil

NusxaIshlatilgan1 hafta oldin

Tavsif

Uşaqlar üçün xüsusi ehtiyaclara uyğunlaşdırılmış reabilitasiya əlil arabası - Anatomik quruluşlu oturacaq və bel hissəsi: yan və bel dəstəkləri, döş qəfəsi üçün yastıqlar, çıxarıla-bilənik başlıq modulu. - Tənzimlənən baş dayağı: hündürlüyü və dərinliyi dəyişən, iki tərəfli yanaq dəstəkləri ilə stabilizasiya. - Çiyin kəməri və bud-kəməri: bədəni təhlükəsiz şəkildə fiksə edir. - Tənzimlənən qoltuqaltılar: hündürlüyü və bucağı dəyişir, əlavə yan yastıqlarla yana dəstək verir. - Oturacaq modulu: dərinlik və enə görə tənzimlənə bilir, ön diz abduksiya yastığı ilə düzgün ayaq-aralı duruş təmin olunur. - Ayaqlıq sistemi: ayrı-ayrılıqda tənzimlənən, hündürlük və bucaq dəyişikliyi olan platformalar; daban dayaqcıqları; qaldırılıb-kənara açılan mexanizm. - Arxa söykənəcək: bucaq tənzimlənməsi ilə rahat oturuş; əlavə bel yastıqları. - Əyləc sistemi: müşayiətçi üçün arxa tutacaqda əl əyləci və təkər kilidləri. - Şassi: möhkəm polad/alüminium konstruksiya, amortizasiya hissələri; böyük arxa təkərlər və manevr üçün fırlanan ön təkərlər. - Ayaq altlığı üçün ayrıca birləşmiş platforma və ya iki hissəli dayaq seçimi (şəkildə göstərilən). - Kənara qatlanan ayaqlıq və qaldırılan qoltuqaltılar sayəsində köçürmə rahatlığı. - Nəfəsalan kumaş örtük, çıxarıla bilən yastıqlar – təmizlənməsi asandır. - Arxa itələmə tutacağı və təhlükəsizlik kəmərləri ilə gündəlik gəzinti və terapiya üçün uyğundur. Uyğundur: serebral iflic, duruş pozuntuları, nevroloji xəstəliklər və bədən sabitləşdirilməsi tələb edən uşaqlar üçün. Daxili modul yastıqların yeri və sərtliyi fərdiləşdirilə bilər.
REKLAMA