
Bakı1
Video Montajçı / Video Redaktor (Prodakşn)
Video Montajçı / Video Redaktor (Prodakşn)
1 300 ₼
Tekshirilgan2 kun oldin
Tavsif
İş barədə məlumat:
Saits Group MMC prodakşn komandası üçün generativ (AI) vizualları, montaj, rəng və səs korreksiyası vasitəsilə 30-60 saniyəlik (9:16 formatında) hazır dinamik videolara çevirəcək Video Montajçı axtarır.
Əsas vəzifələr:
• Vertikal videoların montajı: Qısa çarxlarda ritm, temp və keçidlərin dramaturgiyasının qurulması.
• Rəng korreksiyası: Müxtəlif generativ kadrlara vahid vizual üslubun (look) verilməsi.
• Səslə iş: Musiqi seçimi, SFX (səs effektləri) və sinxronizasiya.
• Qrafika və titrlər: Brandbook-a uyğun olaraq titrlərin və yüngül qrafikaların əlavə edilməsi.
• Məzmunun bütövləşdirilməsi: Müxtəlif keyfiyyətli generativ materialları vahid və axıcı bir çarxda birləşdirmək.
Tələblər:
Təhsil : Orta xüsusi
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 20 - 30
• Təcrübə: Reklam, sosial şəbəkələr və ya kliplərin montajı sahəsində 2+ il təcrübə.
• Proqramlar: CapCut / Premiere Pro / DaVinci Resolve; yüngül qrafika üçün After Effects (baza səviyyəsi).
• Şəxsi keyfiyyətlər: Yüksək ritm və estetik zövq hissi, brend qaydalarına qarşı diqqətlilik.
• İş tərzi: Axınla gələn iş rejimində (potok) dedlaynlara dəqiq riayət etmək.
İş barədə məlumat:
• Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.
• 5 günlük iş qrafiki: I-V günlər 10:00-18:00
Əmək haqqı: 1000 - 1300 AZN
Şirkət: Saits Group MMC
Müraciət: https://ejob.az/is-elani/104414-video-montajci---video-redaktor-prodaksn/
Oʻxshash eʼlonlar














