Grinco MMC xarici satınalma komandasına mütəxəssis və aparıcı mütəxəssis axtarır. Hər iki vəzifə idman avadanlıqları, sənaye məhsulları və digər məhsul qrupları üzrə xarici təchizatçılarla işi əhatə edir. Komandanın əsas vəzifəsi müştəri və tender tələblərinə uyğun məhsulları müəyyənləşdirmək, sərfəli satınalma şərtlərini razılaşdırmaq və sifarişləri çatdırılmayadək izləməkdir.
İş şəraiti
İş yeri — Bakı şəhəri, Xətai rayonu, Nobel otelinin yanı
İş qrafiki — Həftədə 5 gün, 08:30–17:30
Əmək haqqı — Vəzifəyə, namizədin bilik və təcrübəsinə uyğun olaraq razılaşma əsasında
Əsas vəzifələr
Müştəri sorğularını və tenderlərin texniki şərtlərini təhlil etmək, tələblərə uyğun məhsul və modelləri müəyyənləşdirmək.
Mövcud qiymət təkliflərinin qüvvədə olub-olmadığını yoxlamaq, ehtiyac olduqda yeni təchizatçılar tapmaq və qiymət sorğuları göndərmək.
Təklifləri texniki uyğunluq, qiymət, daşıma xərci və çatdırılma müddətinə görə müqayisə etmək, təchizatçı seçimini əsaslandırmaq.
Xarici istehsalçı və təchizatçılarla qiymət, ödəniş, zəmanət və çatdırılma şərtlərini razılaşdırmaq.
Satınalma sifarişlərini (PO) hazırlamaq və təsdiqdən sonra icrasını izləmək. Texniki sənədləri və sertifikatları toplamaq, invoys və qablaşdırma siyahısını sifarişlə tutuşdurmaq.
Yükləmə və çatdırılma tarixlərini təchizatçı və daşıyıcı ilə razılaşdırmaq, ERP sistemində sifariş məlumatlarını yeniləmək və mümkün gecikmələr barədə satış komandasını vaxtında məlumatlandırmaq.
Vəzifələr üzrə təcrübə və məsuliyyət
Mütəxəssis — Əvvəlki iş təcrübəsi tələb olunmur. Xarici satınalma sahəsində karyera qurmaq istəyən yeni məzunlar da müraciət edə bilərlər.
Aparıcı mütəxəssis — Xarici satınalma sahəsində praktiki təcrübə və mürəkkəb sifarişləri müstəqil idarə etmək bacarığı tələb olunur. Bu vəzifədə namizəd təchizatçılarla danışıqları aparacaq, təchizat risklərini qiymətləndirəcək və ehtiyac yarandıqda alternativ təchizat variantları hazırlayacaq.
Hər iki vəzifə üzrə tələblər
İngilis dilində sərbəst işgüzar yazışma və danışıqlar aparmaq bacarığı mütləqdir.
Rus dilini bilmək üstünlükdür.
Texniki məlumatları təhlil etmək və Excel-də müqayisəli qiymət cədvəlləri hazırlamaq bacarığı.
Sənədlərlə işləyərkən dəqiqlik, bir neçə sorğunu paralel izləmək və razılaşdırılmış müddətlərə əməl etmək bacarığı.
Təşəbbüskarlıq, aydın ünsiyyət və müxtəlif məhsul qruplarını öyrənməyə maraq.
İnkişaf imkanları
Xarici istehsalçılarla birbaşa işləmək, korporativ sifarişlər və tender layihələrində iştirak etmək, beynəlxalq danışıqlar, idxal sənədləşməsi və logistika üzrə biliklərinizi praktikada inkişaf etdirmək imkanı əldə edəcəksiniz.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubun mövzu hissəsində “Xarici satınalma” yazın, mətnində isə müraciət etdiyiniz vəzifəni qeyd edin.
Son müraciət tarixi: 25.12.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/grinco-xarici-satinalma-uzre-mutexessis-ve-aparici-mutexessis-156952
REKLAMA
Biz cookie-fayllardan foydalanamiz Analitika faqat sizning roziligingiz bilan; zarur cookie-fayllar doim yoqilgan.Maxfiylik siyosati