Prayk
Xəritə Mühəndisi (Geodeziya və Topoqrafiya üzrə) — Sənaye, istehsal
Kelishiladi

Xəritə Mühəndisi (Geodeziya və Topoqrafiya üzrə)

TekshirilganKecha
Sana
Koʻrishlar
20
Raqam
№6180292

Tavsif

İş yeri: Tikinti layihələrinin icra olunduğu ərazilər İş rejimi: Tam iş günü Vəzifənin əsas məqsədi Layihə üzrə bütün geodeziya, topoqrafiya və xəritəçəkmə işlərinin planlaşdırılması, təşkili, idarə edilməsi və icrasına nəzarətin həyata keçirilməsi. Tikinti işlərinin layihə koordinatlarına, yüksəklik göstəricilərinə və texniki tələblərə uyğunluğunun təmin edilməsi, topoqrafik qrupun fəaliyyətinin idarə olunması, ölçmə nəticələrinin yoxlanılması və icra sənədlərinin hazırlanmasının təşkili. Vəzifə öhdəlikləri Geodeziya və topoqrafiya işlərinin gündəlik, həftəlik və aylıq planını hazırlamaq və icrasına nəzarət etmək. Tabeliyində olan topoqraflar arasında iş bölgüsü aparmaq, tapşırıqlar vermək və nəticələri yoxlamaq. Tikinti sahəsində koordinat şəbəkəsi və yüksəklik reperlərini yaratmaq, yoxlamaq və qorumaq. Layihə əsasında bina oxlarını, fundamentləri, sütunları, divarları və konstruktiv elementləri sahədə nişanlamaq. Tikinti elementlərinin faktiki koordinatlarını, yüksəkliklərini və şaquliliyini yoxlamaq. Beton, armatur, qəlib və montaj işlərindən əvvəl geodeziya ölçmə və nişanlama işlərini təşkil etmək. Tikinti ərazisinin topoqrafik çəkilişini aparmaq, qazıntı və dolğu həcmlərini hesablamaq. Topoqrafik planları, koordinat cədvəllərini və yüksəklik sxemlərini hazırlamaq. Su, kanalizasiya, elektrik, qaz və rabitə xətlərinin sahədə layihəyə uyğun nişanlanmasını təmin etmək. Layihə və faktiki ölçmə nəticələrini müqayisə etmək, kənarlaşmaları müəyyənləşdirmək və rəhbərliyə bildirmək. Tikinti işləri üzrə faktiki ölçmələri aparmaq və As-built (icra) planlarını hazırlamaq. Total Station, GPS/GNSS və nivelir cihazlarının sazlığına, kalibrlənməsinə və düzgün istifadəsinə nəzarət etmək. Ölçmə məlumatlarını emal etmək, koordinat hesablamalarını yoxlamaq və AutoCAD, Civil 3D proqramlarında çertyojların hazırlanmasını təmin etmək. Topoqrafların ölçmə nəticələrini, sahə jurnallarını və gündəlik hesabatlarını yoxlamaq. Layihə dəyişikliklərini geodeziya məlumatlarına tətbiq etmək və yenilənmiş çertyojların sahədə istifadəsini təmin etmək. Layihə rəhbəri, baş mühəndis və sahə rəisləri ilə geodeziya işlərini koordinasiya etmək. Görülmüş işlər, ölçmə nəticələri və texniki uyğunsuzluqlar barədə gündəlik, həftəlik və aylıq hesabatlar təqdim etmək. Tabeliyində olan əməkdaşların iş keyfiyyətinə, əmək intizamına və texniki təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət etmək. Namizədə tələblər İş təcrübəsi: Minimum 3–5 il Təhsil: Ali (Geodeziya mühəndisliyi, Topoqrafiya, Xəritəçilik və ya əlaqədar sahə) Geodeziya, Topoqrafiya və ya müvafiq sahə üzrə ali təhsil. Tikinti sahəsində geodeziya və topoqrafiya üzrə minimum 3–5 il iş təcrübəsi. Topoqrafik qrupun idarə edilməsi və iş bölgüsünün aparılması üzrə təcrübə. Total Station, GPS/GNSS, RTK və nivelir cihazlarından sərbəst istifadə bacarığı. AutoCAD və Civil 3D proqramlarında sərbəst işləmək bacarığı. NetCAD, ArcGIS və QGIS proqramlarını bilmək üstünlükdür. Geodeziya hesablamaları, koordinat sistemləri və topoqrafik çəkilişlər üzrə praktiki biliklər. Tikinti konstruksiyalarının və mühəndis kommunikasiya xətlərinin nişanlanması üzrə təcrübə. As-built planlarının, topoqrafik xəritələrin və texniki hesabatların hazırlanması bacarığı. Layihə çertyojlarını oxumaq və texniki sənədlərlə işləmək bacarığı. Komanda idarəetməsi, analitik düşünmə, dəqiqlik və operativ qərarvermə bacarığı. Sahə şəraitində işləməyə uyğunluq. İşəgötürənin təklifləri Peşəkar və dinamik iş mühitində çalışma imkanı. İri tikinti layihələrində iştirak. Peşəkar inkişaf və karyera yüksəlişi imkanı. Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir. Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “ Xəritə mühəndisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 20.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/company-xerite-muhendisi-geodeziya-ve-topoqrafiya-uzre-156597
REKLAMA