Baş və qəbul göndərmə yollarında yerləşən yoldəyişənləri normal vəziyyətdə saxlamaq; Yoldəyişənləri təmiz saxlamaq, böyük yoldəyişdiricidən və ya stansiya növbətçisi tərəfindən göstəriş aldıqda manevr işləri zamanı marşrutları hazırlamaq;Qeyri-adi vəziyyət aşkar edildiyi zaman manevr dispetçerinə və stansiya növbətçisinə məruzə etmək; İnsan həyatı və hərəkətlə bağlı təhlükəli şərait yaranan zaman qatarı saxlamaq üçün tədbirlər görmək; Yoldəyişənin nasazlığının aşkarı zamanı böyük yoldəyişdiriciyə və ya stansiya növbətçisinə məlumat vermək; Yoldəyişənlərdə yaranmış nasazlıq hərəkətin təhlükəsizliyinə maneə yaradarsa, yoldəyişən üzərindən hərəkəti dayandırmaq, qırmızı siqnal işarəsi qoymaq böyük yoldəyişdiriciyə və ya stansiya növbətçisinə xəbər vermək; Güclü küləkli havada müvafiq heyətin bərkidilməsini və texniki vəziyyətini yoxlamaq.
Tələblər:
Ümumi təhsil;Azərbaycan dövlət dəmiryolunun texniki istismar qaydaları üzrə biliklər;Azərbaycan dövlət dəmiryolunun Qatarların hərəkəti və manevr işinə dair təlimatına əsasən işləmə bacarığı;Azərbaycan dövlət dəmiryolunun İşarəvermə təlimatı barədə məlumatlılıq;Diqqətlilik, şifahi ifadə bacarığı, peşəkar ehtiyatlılıq.
Vakansiya növü: Növbə əsasında
Vəzifə səviyyəsi: Digər
Şirkət: Azərbaycan Dəmir Yolları
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/ady/ady-yoldeyisdirici-postunun-novbetcisi-ehmedli-53284136/apply
REKLAMA
Biz cookie-fayllardan foydalanamiz Analitika faqat sizning roziligingiz bilan; zarur cookie-fayllar doim yoqilgan.Maxfiylik siyosati