İş haqqında məlumat:
Zavodun yarımstansiya, transformator, orta və aşağı gərginlikli paylayıcı qurğular, MCC panelləri, kabel xətləri və elektrik mühərriklərindən ibarət elektrik təsərrüfatının etibarlı işini təmin etmək;Generator, UPS, avtomatik ehtiyat qoşulması, akkumulyator və reaktiv güc kompensasiyası sistemlərinin saz vəziyyətdə saxlanılmasını təmin etmək;Elektrik avadanlıqları üzrə texniki baxış, profilaktik xidmət, sınaq və təmir qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək;Elektrik nasazlıqlarını araşdırmaq, səbəblərini müəyyən etmək və təkrar baş verməsinin qarşısını almaq;Qəza hallarının idarə olunmasını və enerji təchizatının təhlükəsiz şəkildə bərpasını təşkil etmək;Elektrik işlərinin təhlükəsizlik qaydalarına və təsdiq edilmiş prosedurlara uyğun aparılmasına nəzarət etmək;Elektrik texniklərinin işini təşkil etmək, tapşırıqlar vermək və görülən işlərin nəticələrini yoxlamaq;Podratçı və servis təşkilatlarının işlərini koordinasiya etmək;Elektrik enerjisinin sərfiyyatını, yük bölgüsünü və enerji səmərəliliyini izləmək;Elektrik avadanlıqlarının texniki sənədlərinin, sxemlərinin, reyestr və sınaq protokollarının aktuallığını təmin etmək;Yeni layihələrin tikinti və işə salınması mərhələsində elektrik işlərinin layihə və texniki tələblərə uyğunluğuna nəzarət etmək.
Tələblər:
Sənaye müəssisələrinin elektrik təsərrüfatında minimum 5 il iş təcrübəsi;Elektrik təsərrüfatının istismarı, texniki xidmətin planlaşdırılması və qəza hallarının idarə olunması üzrə təcrübə;35 kV yarımstansiyaların istismarı üzrə praktiki təcrübə;Elektrik heyətinin və podratçıların işinin təşkili və nəzarəti üzrə bacarıq;Orta və aşağı gərginlik panelləri, MCC, generator, UPS və rele mühafizəsi üzrə bilik;Birxətli sxemləri, kabel cədvəllərini, qoruma parametrlərini və sınaq protokollarını oxuma bacarığı;AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ya ingilis dilində texniki sənədləri oxuma bacarığı üstünlükdür.Vakansiya növü - Tam ştatİmtiyazlarNahar təminatıTəlim dəstəyiKönüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 09/10/2026