Çağrı mərkəzinə daxil olan telefon zənglərini müvafiq qaydalara uyğun operativ və peşəkar şəkildə cavablandırmaq;Vətəndaşların müraciətlərini qeydiyyata almaq, sorğuları cavablandırmaq və icraya alınan şikayətlər üçün müraciət vərəqələrini tərtib etmək;Zəruri hallarda sorğuları müvafiq struktur bölmələrə yönləndirmək;Fəaliyyət istiqamətləri üzrə Mərkəz rəhbərinə mütəmadi olaraq hesabatlar və təkliflər təqdim etmək;Zənglərə cavab verərkən mehriban, peşəkar və etik olmaq, təmin olunmuş qaydalara və təlimatlara uyğun şəkildə xidmət aparmaq;Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə öhdəliklərini və təhlükəsizlik qaydalarını məsuliyyətlə yerinə yetirmək.
Tələblər:
Ali təhsil;Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;Azərbaycan dilində səlis, mükəmməl danışıq qabiliyyəti;Rus dili və İngilis dili arzuolunandır;Windows əməliyyat sistemi və MS Office proqramları üzrə sərbəst işləmək bacarığı;“Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunları üzrə biliklər;"Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası" üzrə biliklər;İnzibati Xətalar Məcəlləsi üzrə biliklər;Dinləmə, inandırma bacarıqları;Gərgin iş rejimində işləmə bacarığı;Düzgün diksiya;İşində diqqətli, məsuliyyətli, kollektivlə işləmək bacarığı.
İş qrafiki:6 günlük iş həftəsi (növbəli iş saatı ilə, axşam saatları daxil).
Vakansiya növü: Müvəqqəti
Şirkət: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/ayna/ayna-cagri-merkezi-operatoru-muveqqeti-analiq-mezuniyyetinde-olan-emekdasin-evezi-58158682/apply