MediClub klinikasına Əczaçı tələb olunur
Əmək funksiyası:
Müştərinin sifarişinin vaxtında və dəqiq yerinə yetirilməsi
Aptekə alınan malların tərkiblərinə uyğun tələb olunan qaydada qorunub saxlanılması, yerləşdirilməsi və s.
Bilməlidir:
Əczaçılıq işinin əsaslarını;
Əczaçılıq üzrə normativ sənədləri;
Həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısını;
Dərman vasitələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri və s.
Vəzifəyə qoyulan tələblər:
Əczaçılıq üzrə ali və ya orta ixtisas təhsili;
Sahəsi üzrə tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi;
Dil bilikləri: Azərbaycan dili, Rus dili;
İxtisas üzrə azı 3 il iş təcrübəsi.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Növbəli iş rejimi;
Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq 500-700 Azn arası təyin edilir.
Qeyd olunmuş tələblərə cavab verən namizədlər, mövzu hissəsində iddia edilən vəzifənin adını qeyd etməklə, CV- lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Maaş: 500 AZN
Son müraciət tarixi: 11.10.2026