Vəzifə öhdəlikləri:
Anbara daxil olan malların qəbul, yükləmə, boşaltma və daşınması proseslərini operativ şəkildə həyata keçirmək
Malların təyinat yerlərinə uyğun olaraq anbar daxilində düzgün yerləşdirilməsini və səliqəli şəkildə yığılmasını təmin etmək
Anbardan sifarişlərə uyğun məhsulların seçilməsi, toplanması və göndəriş üçün hazırlanması prosesində iştirak etmək
Məhsulların bağlanması və nəqliyyata təhvil verilməsi üçün hazırlanmasını təmin etmək
Anbara daxil olan zədələnmiş və ya uyğunsuz məhsullar barədə dərhal rəhbərliyə məlumat vermək
Malların qəbul və təhvil-təslim prosesində anbar əməkdaşlarına dəstək göstərmək
Anbar daxilində malların təhlükəsiz və səmərəli şəkildə daşınmasını təmin etmək
Məhsulların sayımına və yerləşdirilməsinə dəstək vermək
Məhsulların yüklənməsi və boşaldılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək
Anbarın təmiz, səliqəli və nizamlı saxlanılmasını təmin etmək, tullantıların vaxtında toplanmasına dəstək olmaq
İstifadə olunan əl arabaları, platformalar və digər iş avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək
Əmək mühafizəsi, texniki təhlükəsizlik, sanitariya və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək
Rəhbərlik tərəfindən verilən gündəlik və operativ tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
Komanda üzvləri ilə koordinasiyalı işləyərək anbar əməliyyatlarının fasiləsiz icrasına dəstək olmaq
Namizədə tələblər:
Anbar, logistika və ya oxşar sahədə təcrübə arzuolunandır
Çeviklik, operativlik və komanda ilə işləmək bacarığı
Vaxtın səmərəli idarə edilməsi və tapşırıqların müəyyən edilmiş müddətdə icra edilməsi bacarığı
Anbar daxilində malların təhlükəsiz daşınması və saxlanılması qaydalarına əməl etmək bacarığı
İş şəraiti:
İş qrafiki: 6 günlük iş rejimi ( şənbə qısa iş günü)
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
İş yeri: TAİS - İKF MMC
Ünvan: Nərimanov rayonu
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Fəhlə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 16.10.2026