ECOMAG MMC – Məişət tullantılarının daşınması üzrə Sürücü vakansiyası
Vəzifə: Yük maşını sürücüsü (tullantı daşıma marşrutları)
Şirkət: ECOMAG MMC (məişət tullantılarının daşınması xidməti)
Tələblər:
- 3–5 il sürücülük təcrübəsi; yük avtomobilinin idarə edilməsi üzrə təcrübə arzuolunandır
- BC kateqoriyalı sürücülük vəsiqəsi
- Maşını sərbəst və təhlükəsiz idarəetmə bacarığı, yol hərəkəti qaydalarına riayət
- Marşrutun optimallaşdırılması üçün zəruri addımları atmaq bacarığı
- Kollektivlə işləmə bacarığı, operativ qərarvermə
- İdarə etdiyi nəqliyyat vasitəsinin sazlığını qoruma, səliqəli, stressədavamlı və məsuliyyətli olmaq
- Abşeron, Xırdalan, Binəqədi ərazisində yaşayanlara üstünlük
Şərtlər:
- Əmək haqqı: 800 AZN
- İstirahət: ayda 2 dəfə (işçinin göstəricilərinə görə istirahət günlərinin sayı artırıla bilər)
İşin mahiyyəti:
- Şirkətin xüsusi mexanizmlə təchiz edilmiş yük avtomobili ilə məişət tullantılarının toplanması və təyinat məntəqələrinə daşınması
- Marşrut üzrə vaxtında hərəkət, dayanacaqlarda təhlükəsiz yükləmə-boşaltma prosesində iştirak
- Avtomobilin gündəlik vizual yoxlanışı və səliqəsinin qorunması