İşin təsviri və vəzifə öhdəlikləri:
Şirkət avtoparkının gündəlik əməliyyatlarının idarə edilməsi və logistik marşrutların planlaşdırılması.
Sürücü heyətinin iş qrafiklərinin tərtibi, onların gündəlik fəaliyyətinə, yol hərəkəti və nizam-intizam qaydalarına riayət etmələrinə nəzarət.
Sürücülərin işə qəbul prosesində iştirak etmək
Yeni sürücülərin işə adaptasiyasını təşkil etmək, daxili qaydalar və iş prosesi ilə bağlı təlimatlandırmaq;
Sürücülərin fəaliyyətini qiymətləndirmək və aşkar olunan problemlərlə bağlı tədbirlər görmək;
Avtomobillərin gündəlik texniki vəziyyətinin yoxlanılması, nasazlıqların operativ həlli üçün planlı və plandankənar təmir-servis işlərinin təşkili.
Zəruri hallarda avtomobilləri servis mərkəzlərinə yönləndirmək və görülən işlərin keyfiyyətinə nəzarət etmək;
Təmir xərclərinin smetasına nəzarət, ehtiyat hissələrinin və digər zəruri vasitələrin vaxtında tədarük edilməsi.
Yanacaq kvotalarının müəyyən edilməsi, limitlərə riayət olunmasının yoxlanılması və nəqliyyatın hərəkətinin (GPS vasitəsilə) gündəlik izlənməsi.
Malların vaxtında və təhlükəsiz şəkildə daşınmasının təşkilinə nəzarət etmək;
Nəqliyyat vasitələrinin düzgün və səmərəli istifadəsini təmin etmək;
Bütün lazımi inzibati sənədləşmələrin, o cümlədən sığorta (KASKO, İcbari), texniki baxış və DYP cərimələri ilə bağlı işlərin vaxtında icra olunması.
Logistika üzrə xərc və resursların optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq;
Nəqliyyat və sürücülərlə bağlı hesabatların hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək;
Logistika proseslərinin şirkətin daxili prosedur və standartlarına uyğun həyata keçirilməsinə nəzarət etmək
Namizədə aid tələblər:
Müvafiq sahə üzrə ali təhsil (Logistika, Nəqliyyat İdarəçiliyi, Biznesin təşkili və s. üzrə);
Oxşar vəzifə üzrə minimum 3 il iş təcrübəsi (Rəhbər və ya qaraj müdiri kimi təcrübə mütləqdir);
Nəqliyyat parkının idarə olunması, sürücülərin koordinasiyası və marşrut planlaması sahəsində təcrübə;
Nəqliyyat sektorunun idarəetmə sistemləri, daxili prosedurlar və təhlükəsizlik qaydaları üzrə biliklər;
Avtomobillərin texniki quruluşunu və iş prinsiplərini dərindən bilməli, nasazlıqların diaqnostikası və təmir-servis proseslərini idarə etmə bacarığı;
Marşrut optimizasiyası və yanacaq sərfiyyatının idarə olunması üzrə anlayışlar;
Nəqliyyatla bağlı sənədləşmə (yol vərəqələri, əməliyyat aktları, xərclər, təmir aktları və s.) sahəsində bilik;
Dil bilikləri: Azərbaycan dili (səlist), Rus dili (yaxşı);
MS Office proqramları: Excel (ara hesabatlar, cədvəllər, formullar), Word, Outlook;
GPS izləmə sistemləri ilə işləmə bacarığı;
Güclü ünsiyyət, komandanı (sürücülər və ustalar) idarəetmə, problem həll etmə və stresə davamlılıq.
Şərtlər:
Əmək haqqı: Müsahibə əsasında
İş yeri: Binəqədi yolu 100 (Yaxın ərazidə yaşayanlar üstünlük təşkil edir)
İş qrafiki: Həftəiçi 6 gün
Nahar şirkət tərəfindən verilir
CV-lərinizi “(Logistika rəhbəri)” vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Son müraciət tarixi: 16.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/xirman-logistika-rehberi-151407