JYSK komandamıza məsuliyyətli, çevik və fiziki cəhətdən aktiv Yükləyici – Anbar əməkdaşı axtarırıq.
Əgər dinamik iş mühitində çalışmağı sevirsinizsə, fiziki iş sizin üçün uyğundursa və komandada işləməyi bacarırsınızsa, JYSK komandasında sizi görməkdən məmnun olarıq!
JYSK-də logistika və anbar komandası malların mağazalara və onlayn sifarişlərə vaxtında və səmərəli çatdırılmasında mühüm rol oynayır.
Əsas vəzifələr
Təchizat maşınlarının boşaldılması və yüklərin qəbul prosesində iştirak etmək;
Malların çeşidlənməsi, sayılması və müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması;
Qəbul edilmiş malların müəyyən olunmuş qaydalara uyğun şəkildə anbara yerləşdirilməsi;
Anbara daxil olan və anbardan çıxan malların hərəkətinə nəzarət etmək;
Malların təhlükəsiz və səmərəli yerləşdirilməsini təmin etmək;
Satış komandalarının sorğuları əsasında tələb olunan malları operativ şəkildə tapmaq və təqdim etmək;
Anbar daxilində səliqə-sahmanın və iş zonasının düzgün təşkilinin təmin edilməsi;
Anbar ehtiyatlarının düzgün idarə olunmasına dəstək olmaq;
İnventarizasiya və digər anbar əməliyyatlarında iştirak etmək;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər
Fiziki cəhətdən sağlam və aktiv olmaq;
Məsuliyyətli və intizamlı olmaq;
Operativ və diqqətli işləmək bacarığı;
Komanda ilə işləmək bacarığı;
Anbar və ya logistika sahəsində əvvəlki iş təcrübəsi üstünlükdür, lakin məcburi deyil.
JYSK-da təhlükəsizlik bizim üçün prioritetdir. Əməkdaşlar iş təhlükəsizliyi və erqonomik iş üsulları üzrə müvafiq təlimatlar alırlar.
Biz nə təklif edirik?
Əmək haqqı: 650 AZN + bonus
İş qrafiki: növbəli, 6 günlük iş həftəsi
İş yeri: JYSK (Tər-Gül və Crescent Mall filialları)
Stabil və beynəlxalq şirkətdə çalışma imkanı, karyera yüksəlişi.
Peşəkar və komanda yönümlü iş mühiti
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində “Yükləyici – Anbar əməkdaşı” qeyd etməyiniz xahiş olunur.
JYSK komandasına qoşulun!
Birlikdə daha güclü nəticələr yaradaq
Maaş: 650 AZN
Son müraciət tarixi: 15.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/jysk-yukleyici-anbar-emekdasi-151266