Namizədə dair gözləntilər və xüsusi tələblər:
Ali təhsil;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Nazirlər kabinetinin işçilərlə münasibətlər üzrə qərarları üzrə əsas biliklər;
1 C 8.3 platformasında, ƏMAS və e-sosial və digər dövlət platformalarında işləmək bacarığı;
Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;
Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus və ingilis dili– arzuolunandır.
Diqqətlilik, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik.
Vəzifə öhdəlikləri:
Azərbaycan Respublikası qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, xitam, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqəsi və s. əmrlərinin yazılması;
İşçilərin şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və sistematik yenilənməsi;
İşçilərin əmək müqavilələrinin sistemə daxil edilməsi, xitam, dəyişiklik və məzuniyyət əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası;
Aylıq davamiyyət məlumatlarının yoxlanılması və sistemləşdirilməsində iştirak etmək;
Məzuniyyət qrafiklərinin hazırlanmasına və məzuniyyətlərin uçotunun aparılmasına dəstək göstərmək;
Arayışların hazırlanması və qeydiyyatın aparılması;
Əmək haqqı Hesablama uçotunun aparılması və 1C 8.3 Sistemə işlənməsi
Qeyd: Şirkət mühasibatlıq sahəsində məsləhət şirkəti olduğu üçün fərqli müəssisələrin işçilər və əmək haqqı ilə bağlı işlərinin icrası və hesabat verilməsi bu vəzifə üzrə tələb olunacaqdır.
Əlavə məlumat:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri
Əməkhaqqı - ilk 3 ay 600 AZN, 4-cü aydan 800 Azn
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (İnsan Resursları üzrə mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərilməsi xahiş olunur
Maaş: 600 AZN
Son müraciət tarixi: 26.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/crystal-accfin-mmc-insan-resurslari-uzre-mutexessis-152293