Şirkət: Bakı Qida və Yağ Fabriki MMC
Tələblər
Ali təhsil (bakalavriat) – Mikrobiologiya və Biologiya ixtisaslar üzrə.
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
Mikrobioloji analiz metodları, qida təhlükəsizliyi, sanitariya-gigiyena və laboratoriya iş prinsipləri üzrə nəzəri biliklər.
MS Office, Outlook, analiz proqramları və OPN proqramı ilə işləmək bacarığı.
AZS və ISO standartları, mikrobioloji müayinə və nümunə götürmə qaydaları üzrə biliklər.
Əməyin mühafizəsi, iş təhlükəsizliyi, sanitariya və ekologiyanın mühafizəsi tələbləri üzrə biliklər.
Analitik düşünmə, diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və laboratoriya şəraitində komanda ilə işləmək bacarığı
Vəzifə və öhdəliklər
Xammal, yardımçı maddələr, istehsal və içməli su, avadanlıq və işçi səthlərindən götürülmüş svab nümunələri, həmçinin hazır məhsullar üzrə mikrobioloji analizləri müəyyən edilmiş plana uyğun həyata keçirmək.
İstehsalat prosesində keyfiyyətə nəzarət məqsədilə AZS və ISO standartlarına uyğun mikrobioloji müayinələr aparmaq.
Analiz nəticələrini vaxtında və düzgün şəkildə qeydiyyata almaq, nəticələr barədə məsul şəxsləri operativ məlumatlandırmaq.
İstehsalat, anbar və laboratoriya sahələrində havanın mikrobioloji göstəricilərini yoxlamaq və nəticələri qiymətləndirmək.
Müştəri şikayətləri və satışdan geri qaytarılan məhsullar üzrə tələb olunan mikrobioloji analizləri aparmaq və nəticələri aidiyyəti şəxslərə təqdim etmək.
Müəssisədə mikrobioloji risk yarada biləcək potensial nöqtələri müəyyənləşdirmək və risklərin azaldılması üzrə tədbirlərdə iştirak etmək.
Mikrobioloji laboratoriyanın iş təlimatlarını hazırlamaq, mövcud təlimatları mütəmadi nəzərdən keçirmək və zəruri dəyişiklikləri həyata keçirmək.
Analiz metodlarını təkmilləşdirmək, daha sürətli, effektiv və iqtisadi mikrobioloji analiz üsullarının tətbiqində iştirak etmək.
Laboratoriyada istifadə olunan qida mühitləri, reaktivlər və digər sərfiyyat materiallarının qalığına nəzarət etmək və vaxtında sifarişlərin verilməsini təmin etmək.
Laboratoriya avadanlıqlarının uçotunu aparmaq, texniki vəziyyətini və düzgün işləməsini mütəmadi yoxlamaq.
Laboratoriya avadanlıqlarının, iş sahələrinin və istifadə olunan vasitələrin təmizliyinin və sanitariya tələblərinə uyğunluğunun təmin edilməsinə nəzarət etmək.
Laboratoriya fəaliyyəti üzrə tələb olunan qeydləri, hesabatları və digər sənədləri düzgün aparmaq, əməyin mühafizəsi və iş təhlükəsizliyi qaydalarına riayət etmək
İş şəraiti
İş Qrafiki: Həftədə 5 gün
İş yeri: Sumqayıt şəhəri, Bakı Qida və Yağ Fabriki MMC
Nəqliyyat dəstəyi mövcuddur
Nahar şirkət tərəfindən təmin olunur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Mikrobioloq” qeyd etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 15.10.2026