İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
Ali təhsilli olması;
Müvafiq vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi;
Səlis azərbaycan dili bilikləri;
Komandada işləmək bacarığı;
Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik;
Nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi və nəzarəti üzrə bacarıqlar;
Operativ qərarvermə və problem həll etmə bacarığının olması;
Dinamik iş mühitində işləmə bacarığının olması;
Sürücülərlə və digər struktur bölmələrlə effektiv kommunikasiya qurmaq bacarığının olması;
AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
Sürücülərin gündəlik iş qrafiklərinin və marşrutlarının planlaşdırılması və koordinasiya edilməsi;
Sürücülərin işə gəliş-gedişinə, davamiyyətinə, intizam qaydalarına və iş rejiminə nəzarət edilməsi;
Marşrutların icrasının izlənilməsi, gecikmələrin səbəblərinin araşdırılması və yaranan problemlərin operativ şəkildə həll edilməsi;
Məhsul və yüklərin çatdırılma prosesinin fasiləsiz və vaxtında həyata keçirilməsinə nəzarət edilməsi;
Çatdırılma prosesində yaranan operativ problemlərin müəyyənləşdirilməsi və aidiyyəti struktur bölmələrlə koordinasiya edilərək vaxtında həll edilməsi;
Restoranlarla mütəmadi əlaqə saxlanılması, məhsul və yüklərin çatdırılma qrafiklərinin həftəlik və aylıq əsasda planlaşdırılması və koordinasiya edilməsi;
Filiallar, anbar və logistika komandası ilə operativ koordinasiyanın təmin edilməsi;
Nəqliyyat vasitələrinin səmərəli istifadəsinin və marşrutların optimallaşdırılmasının təmin edilməsi;
Yol vərəqələri, təhvil-təslim aktları və digər nəqliyyat sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsinə nəzarət edilməsi;
Sürücülərin təhlükəsizlik qaydalarına, yol hərəkəti qaydalarına və şirkətin daxili prosedurlarına riayət etməsinin təmin edilməsi;
Nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı aşkar edilmiş nasazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, nəqliyyat vasitələrinin servisə yönləndirilməsi və təmir prosesinə nəzarət edilməsi;
GPS monitorinq sistemi vasitəsilə nəqliyyat vasitələrinin hərəkətinə nəzarət edilməsi;
Kamera və sensorlar vasitəsilə həyata keçirilən nəzarətin izlənilməsi, yaranan problemlərin araşdırılması və müvafiq hesabatların hazırlanması;
Nəqliyyat vasitələri üzrə təkrarlanan pozuntuların təhlil edilməsi, onların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi və rəhbərliyə hesabat təqdim edilməsi;
Gündəlik və aylıq fəaliyyət üzrə hesabatların hazırlanması və təqdim edilməsi.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Müasir idarəetmə sistemi və mehriban kollektiv;
İş rejimi - 6 günlük.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Nəqliyyat koordinatoru” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 11.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/gfc-mmc-neqliyyat-koordinatoru-150997