**Santexnika anbarına qadın paketçilər tələb olunur**
Santexnika məhsullarının satışı ilə məşğul olan anbarımıza məsuliyyətli və işinə ciddi yanaşan xanım əməkdaşlar tələb olunur.
**İşin təsviri:**
* Anbarda olan santexnika məhsullarının qablaşdırılması;
* Duş dəstləri və digər santexnika məhsullarının karopkalara səliqəli şəkildə yığılması;
* Məhsulların komplektliyinin yoxlanılması;
* Qablaşdırma zamanı məhsulların zədələnməməsinə diqqət edilməsi;
* İş sahəsində səliqə və nizam-intizama riayət olunması.
**Tələblər:**
* Xanım namizədlər;
* Məsuliyyətli, diqqətli və səliqəli olmaq;
* İşə ciddi yanaşmaq;
* Komandada işləmə bacarığı;
* Təcrübə üstünlükdür, lakin mütləq deyil.
İş barədə ətraflı məlumat müsahibə zamanı veriləcək.
İş yeri ünvanı Qobu Lökbatan yolu Qobu park yaşayış kompleksindən 2 km aralıda . Lökbatan və Qobu ərazisində yaşayanlar üçün daha əlverişli işdir.