Un istehsalı müəssisəsində məhsulların təhlükəsiz və vaxtında təyinat nöqtələrinə çatdırılmasını təmin etmək.
Şirkətə məxsus yük avtomobilini təhlükəsiz və yol hərəkəti qaydalarına uyğun idarə etmək;Yüklərin təhvil-təslimini müəyyən olunmuş marşrut üzrə vaxtında həyata keçirmək;Avtomobilin texniki vəziyyətinə gündəlik nəzarət etmək və səliqəli saxlanılmasını təmin etmək;Daşıma sənədlərinin düzgün rəsmiləşdirilməsini və təhvil verilməsini təmin etmək;Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək.
Tələblər:
BC kateqoriyalı sürücülük vəsiqəsi;Yük avtomobili idarəetmə üzrə iş təcrübəsi;Yol hərəkəti qaydalarını yaxşı bilmək;Orta təhsil (arzuolunandır);Fiziki sağlam olmaq;Məsuliyyətli, intizamlı və punktual olmaq;Komandada işləmək bacarığı.
Vakansiya növü: Tam ştat
Şirkət: Agrotrade Supply MMC
Yer: Xırdalan, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/agrotradesupply/agrotradesupply-surucu-yuk-masini-ats-mill-87147236/apply