Departament: Daxili Audit, Risk və Daxili Nəzarət Departamenti
Sənaye: Retail / Ticarət
İşin Təsviri (Vəzifə Öhdəlikləri):
Retail (pərakəndə satış) əməliyyatlarında, mağazalar şəbəkəsində və anbar logistika proseslərində risklərin müəyyən edilməsi və qiymətləndirilməsi;
Daxili audit planının hazırlanması və yoxlamaların effektiv həyata keçirilməsinə rəhbərlik edilməsi;
Şirkətdaxili biznes proseslərinin, maliyyə və əməliyyat nəzarəti mexanizmlərinin effektivliyinin təhlil olunması;
İtki və kənaraçıxmaların (kassa, inventarlaşdırma, mal itkiləri) səbəblərinin araşdırılması və önləyici tədbirlər planının hazırlanması;
Audit nəticələri üzrə hesabatların rəhbərliyə təqdim edilməsi və aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasına nəzarət olunması;
Şöbə əməkdaşlarının işinin planlaşdırılması, yönləndirilməsi və fəaliyyətinin qiymətləndirilməsi.
Namizədə Dair Tələblər:
Ali təhsil (Maliyyə, İqtisadiyyat, Audit və ya Biznesin İdarə Edilməsi üzrə);
Retail (pərakəndə satış) və ya FMCG sahəsində daxili audit/risk analizi üzrə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi;
CIA, ACCA və ya CIMA sertifikatlarının olması üstünlükdür;
Pərakəndə satış prosesləri, kassa əməliyyatları, inventarlaşdırma və təchizat zənciri nəzarəti mexanizmlərini dərin bilmək;
Azərbaycan dilini səlis bilmək (Rus və İngilis dilləri üstünlükdür);
MS Office (xüsusilə Excel) ilə yüksək səviyyədə işləmək bacarığı;
Güclü analitik təfəkkür, rəhbərlik və komandada işləmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 07.10.2026