İş haqqında məlumat:
Şirkət: Bazarstore MMC
Vəzifə öhdəlikləriLayihələr üzrə iş həcmlərini və icra müddətlərini proqnozlaşdırmaq, icra prosesinə nəzarət etmək və zəruri düzəlişlər həyata keçirmək;Layihələrin icrası ilə bağlı tələb olunan texniki və inzibati sənədləşmələri aparmaq;Sahədə görülən işlərin təsdiq edilmiş layihə, texniki tələblər və keyfiyyət standartlarına uyğunluğuna nəzarət etmək;Tikinti-quraşdırma işlərinin keyfiyyətinə və müəyyən edilmiş qrafikə uyğun icrasını izləmək;Layihənin icrası zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;Ətraf mühitin mühafizəsi üzrə müəyyən edilmiş tələblərin layihə ərazisində tətbiqini və icrasını izləmək;Sahədə yaranan texniki və təşkilati məsələləri müəyyənləşdirmək və onların həllində iştirak etmək;Gündəlik görülən işlərin həcmi və layihənin cari vəziyyəti barədə birbaşa rəhbərə operativ məlumat vermək;Layihə üzrə görülmüş işlərə dair hesabatların hazırlanmasını və müvafiq məlumatların sistemləşdirilməsini təmin etmək;Başa çatmış obyektlər üzrə tələb olunan sənədlərin hazırlanmasında iştirak etmək;Hazır obyektlərin komissiyaya təqdim olunması prosesində iştirak etmək və komissiyanın işini texniki baxımdan dəstəkləmək;Layihələrin yekunlaşdırılması və obyektlərin təhvil-təslim prosesində iştirak etmək.
Tələblər:
İnşaat, mühəndislik və ya müvafiq texniki ixtisas üzrə ali təhsil;Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;Layihələrin planlaşdırılması, icrasına nəzarət və sənədləşdirilməsi üzrə praktiki bilik;Tikinti işlərinin keyfiyyətinə, əməyin mühafizəsi və ətraf mühitin qorunması tələblərinə nəzarət bacarığı;Layihə üzrə texniki sənədlərlə işləmək və hesabatlar hazırlamaq bacarığı;Operativ qərarvermə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;MS Office və AutoCAD proqramlarını yaxşı səviyyədə bilməli.
İş şəraitiİş Qrafiki: Həftə içi 5 günİş yeri: Bakı, Bazarstore MMC-nin Baş ofisNəqliyyat dəstəyi mövcuddurNahar şirkət tərəfindən təmin olunur
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 08/10/2026