Vəzifə öhdəlikləri
Müştəri sifarişi təsdiqləndikdən sonra sifarişi satınalma şöbəsindən təhvil almaq və icrasını sona qədər idarə etmək
Təchizatçılarla sifariş, qiymət, müddət və ödəniş şərtləri üzrə kommunikasiya aparmaq
Satınalma sifarişlərini (PO), hesab-fakturaları, təhvil-təslim qaimələrini və ödəniş tapşırıqlarını hazırlamaq
Sifarişlərin yerləşdirilməsini və müştəriyə çatdırılana qədər bütün mərhələlərini izləmək
Xaricdən olan sifarişlər üzrə invoys, qablaşdırma vərəqəsi (packing list), gömrük sənədləri və digər idxal sənədlərinin toplanmasını və yoxlanmasını təmin etmək
Logistika komandası ilə sıx əməkdaşlıq etmək, lazım olduqda əlavə daşınma təşkil etmək
Gecikmə və uyğunsuzluqlar barədə müştəri və rəhbərliyi vaxtında məlumatlandırmaq
Sifarişlər üzrə sənədlərin və statusların sistemdə aktual saxlanılması
Namizədə tələblər
Satınalma, sifarişlərin idarə edilməsi və ya logistika sahəsində minimum 1 il iş təcrübəsi
İdxal prosesləri və gömrük sənədləşməsi haqqında bilik
İngilis dilində yazılı kommunikasiya bacarığı (rus dili üstünlükdür)
MS Excel və ofis proqramları üzrə yaxşı biliklər
Diqqətlilik, məsuliyyət hissi və eyni anda bir neçə sifarişlə işləmə bacarığı
İş şəraiti
İş qrafiki: 5 günlük iş həftəsi, 10:00–18:00
Əmək müqaviləsi ilə rəsmiləşdirmə
Əmək haqqı: 800 AZN
Maraqlananlar CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Maaş: 800 AZN
Son müraciət tarixi: 15.10.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/harvesso-sifarislerin-idare-edilmesi-uzre-mutexessis-151268