İş haqqında məlumat:
Təsdiqlənmiş marketinq planlarının, kampaniya və aktivasiya proqramlarının icrasına dəstək və koordinasiya;Satış nöqtələrində məhsulların düzgün yerləşdirilməsinə və brend standartlarına nəzarət, yeni məhsul lansmanlarında iştirak;POSM materiallarının (banner, poster, stend, rəf, qiymət göstəriciləri) hazırlanması, paylanması və düzgün istifadəsinin yoxlanılması;Satış nöqtələrinin brendinq ehtiyaclarının müəyyən edilməsi və rəqiblərlə müqayisəli görünürlük qiymətləndirilməsi.Bakı və regionlarda mütəmadi market görüşlərin keçirilməsi (mövcudluq, yerləşdirmə, qiymət, promo material, rəqib fəaliyyəti üzrə); nəticələrin foto-hesabat formatında təqdimi;Rəqib brendlərin qiymət, endirim, bonus, POSM, diler/usta kampaniyaları və yeni məhsul təqdimatlarının izlənməsi və aylıq hesabatının hazırlanması;Həftəlik/aylıq marketinq hesabatları, KPI monitorinqi və toplanmış məlumatlar əsasında təkmilləşdirmə təklifləri.Diler/pərakəndə satıcıların kampaniyalarının icrasında iştirak; başlanğıcdan əvvəl satış nöqtələrinin materiallarla təminatına nəzarət;Kampaniya müddətində nəticələrin izlənməsi, bitdikdən sonra satış göstəriciləri ilə müqayisəli analiz və rəy əsasında təkliflərin hazırlanması.Satış komandası ilə gündəlik koordinasiya, bazar/müştəri rəylərinin toplanması və marketinq materiallarının vaxtında təmini;Regional komandaların marketinq ehtiyaclarının və prioritet satış nöqtələrinin müəyyənləşdirilməsi;Diler və pərakəndə satıcılarla əlaqə: rəyləri toplama, brend/promo ehtiyacların müəyyənləşdirilməsi, kampaniyaların düzgün kommunikasiyası.
Tələblər:
Ali təhsil — Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr;0–2 il marketinq/trade marketing/sales support təcrübəsi (FMCG və ya tikinti materialları sektorunda üstünlük); MS Excel və PowerPoint bilikləri, məlumat toplama və ilkin analiz bacarığı;Sahədə işləməyə və mütəmadi səfərlərə hazırlıq; Azərbaycan dili sərbəst, ingilis/rus dili üstünlükdür.Tələb Olunan KompetensiyalarKomandada işləmək və effektiv ünsiyyət bacarıqları.Aktiv, məsuliyyətli və nəticəyönümlü yanaşma.Analitik düşüncə və müştəri ehtiyaclarını düzgün müəyyən etmək bacarığı.Ezamiyyələrə gedə bilmək imkanı.Sürücülük vəsiqəsi və aktiv sürücülük təcrübəsi.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 02/10/2026