Satıcı-kassir tələb olunur

800 ₼
Satıcı-kassir tələb olunur
For saleCopyUsedPublished 3 days ago
Description
Telefon və elektronika aksesuarları mağazasına kassir xanım tələb olunur.
Namizəddən əsas gözləntimiz mağazada kassa əməliyyatlarının düzgün aparılması, satışların sistemə vaxtında vurulması və ödəniş proseslərinin şəffaf şəkildə idarə olunmasıdır.
Əsas vəzifələr:
– Kassada nağd və kart ödənişlərini qəbul etmək
– Satışları sistemə düzgün daxil etmək
– Müştəriyə qəbz təqdim etmək
– Gün ərzində edilən satışların sistemdə düzgün görünməsinə diqqət etmək
– Qaytarma və dəyişmə proseslərini qaydaya uyğun qeyd etmək
– Borc və ödənişsiz mal çıxışının yalnız rəhbərlik təsdiqi ilə olmasına nəzarət etmək
– Kassa intizamına əməl etmək
– Gün sonunda kassada olan məbləğin sistemlə uyğunluğunu yoxlamaq
– Şübhəli və uyğunsuz əməliyyatları rəhbərliyə bildirmək
Tələblər:
– Kassir və ya satış sahəsində təcrübə arzuolunandır
– Diqqətli, məsuliyyətli və dürüst olmalıdır
– Rəqəmlərlə işləmə bacarığı olmalıdır
– Kompüter və satış sistemi ilə işləməyi bacarmalıdır
– Müştəri ilə səliqəli və düzgün ünsiyyət qurmalıdır
– İşində dəqiq və intizamlı olmalıdır
İş şəraiti:
İş qrafiki: 10:00 – 20:00
İstirahət: ayda 4 dəfə
Maaş: 450 AZN + bonus
Ünvan: 28 May küçəsi 14, 28 May metrosunun yaxınlığı
Müraciət zamanı CV göndərmək mütləqdir.
CV göndərməyən müraciətlərə baxılmayacaq.
Qeyd: Yalnız diqqətli, dürüst və məsuliyyətli namizədlərin müraciət etməsi xahiş olunur.
