
Satış üzrə mütəxəssis tələb olunur

400 ₼
Satış üzrə mütəxəssis tələb olunur
For saleUsedToday
Description
Əsas vəzifə öhdəlikləri
Şirkətin təqdim etdiyi mühasibatlıq, HR, maliyyə
və proqram təminatı xidmətləri haqqında müştərilərə ilkin məlumat vermək;
• Potensial müştərilərin axtarışında və müştəri bazasının formalaşdırılmasında iştirak etmək;
• Müştərilərlə telefon və onlayn platformalar vasitəsilə ilkin əlaqə yaratmaq;
• Şirkətin xidmətləri haqqında müştərilərə ilkin məlumat vermək;
• Müştərilərin ehtiyaclarını dinləmək və uyğun xidmətlər barədə məlumatlandırmaq;
• Satış görüşlərinin təşkilində və görüşlərdə iştirak etmək;
• Təcrübəli satış əməkdaşlarından satış prosesini öyrənmək və praktiki bacarıqlar qazanmaq;
• Müştərilərlə düzgün və işgüzar münasibət qurmaq;
• Potensial müştərilərlə əlaqələri izləmək;
• Görülən işlər və müştərilərlə bağlı məlumatları sistemdə qeyd etmək;
• Komanda ilə birlikdə satış hədəflərinə çatmaq üçün çalışmaq;
• Satış sahəsində yeni bilik və bacarıqları daim inkişaf etdirmək.
Namizədə tələblər
• Satış sahəsində işləməyə və bu sahəni praktiki şəkildə öyrənməyə maraq;
• Təcrübə tələb olunmur və ya minimal satış təcrübəsi olan namizədlər müraciət edə bilər;
• Güclü ünsiyyət və insanlarla rahat əlaqə qurmaq bacarığı;
• Telefonla müştərilərlə danışmaqdan çəkinməmək;
• Öyrənməyə açıq və inkişafyönümlü olmaq;
• Aktiv, enerjili və nəticəyönümlü olmaq;
• Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək;
• Azərbaycan dilində səlis danışıq;
• Rus dili biliyi üstünlükdür;
• Səliqəli xarici görünüş və işgüzar ünsiyyət qaydalarına riayət etmək;
• Xanım və bəy namizədlər müraciət edə bilər.
İş şəraiti
• Hibrid iş formatı;
• İş saatları: 10:00–17:00;
• Şənbə və bazar istirahət;
• İşin öyrənilməsi və ilkin adaptasiya mərhələsi ofis daxilində həyata keçirilir;
• Satış fəaliyyəti zamanı həm ofisdaxili, həm də ofisdən kənar işlər nəzərdə tutulur;
• Potensial və mövcud korporativ müştərilərlə görüşlərdə iştirak;
• Təcrübəli satış mütəxəssisinin dəstəyi ilə satış prosesinin praktiki şəkildə öyrənilməsi;
• Satış sahəsində inkişaf və təcrübə qazanmaq imkanı;
• Yüksək nəticə göstərən əməkdaşlar üçün gələcəkdə karyera inkişafı imkanı.
Əmək haqqı
• Sabit əmək haqqı: 400 AZN
• Satış nəticələrinə əsaslanan əlavə bonus sistemi;
• Satış göstəricilərindən asılı olaraq əlavə gəlir əldə etmək imkanı.
Similar listings















