Prayk
SMM menecer tələb olunur — Vakansiyalar, Gəncə
1 000 ₼

SMM menecer tələb olunur

For saleCopyUsedPublished 2 days ago
Category
Vacancies
Date
Number
№1209767

Description

Məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağazamıza təcrübəli SMM menecer tələb olunur (bəy və yaxud xanım fərqi yoxdu). Bizə sadəcə paylaşım edən SMM yox, sosial şəbəkələr üzərindən real satış gətirə bilən, TikTok və Instagram səhifələrini aktiv idarə edən, kontent hazırlayan, canlı yayımlar açan və reklam proseslərini anlayan satış yönümlü əməkdaş lazımdır. Əsas məqsəd: TikTok və Instagram üzərindən mağazanın tanınmasını artırmaq, izləyici aktivliyini yüksəltmək və sosial şəbəkələrdən gələn satışları ciddi şəkildə artırmaqdır. Əsas vəzifələr: – TikTok və Instagram səhifələrinin aktiv idarə olunması – Gündəlik paylaşım, story, reels və video kontentlərin hazırlanması – Məhsulların sosial şəbəkələrdə düzgün və cəlbedici təqdim edilməsi – Canlı yayımlar açmaq və məhsulları canlı yayımda təqdim etmək – Satış yönümlü kontent ideyaları hazırlamaq – Reklam kampaniyalarının qurulması və izlənməsi – Targeting və reklam auditoriyalarının düzgün seçilməsi – Gələn mesajlara və şərhlərə satış yönümlü cavab verilməsi – Məhsullar üzrə kampaniya, təklif və paket satış ideyaları hazırlamaq – Səhifələrin statistik göstəricilərini analiz etmək – Satışların artması üçün yeni ideyalar və təkliflər vermək Tələblər: – SMM sahəsində real iş təcrübəsi mütləqdir – TikTok və Instagram platformalarını yaxşı bilməlidir – Targeting və reklam idarəetmə bacarığı olmalıdır – Kamera qarşısında sərbəst olmalıdır – Canlı yayım açmağa və videolarda çəkilməyə hazır olmalıdır – Xarici görünüşünə diqqət edən, səliqəli və baxımlı olmalıdır – Danışıq qabiliyyəti yüksək olmalıdır – Satış yönümlü düşüncə və müştəri ilə düzgün ünsiyyət bacarığı olmalıdır – Kreativ, aktiv, məsuliyyətli və nəticəyönümlü olmalıdır – Elektronika və məişət texnika sahəsinə marağı olmalıdır İş şəraiti: Yaş: 18–45 İş qrafiki: 09:30 – 19:00 İstirahət: ayda 2 dəfə Maaş: 1000 manat (Sınaq müddəti mövcuddur) Ünvan: Gəncə şəh., 57 ATS-in yanı Qeyd: Yalnız SMM təcrübəsi olan, TikTok və Instagram üzərindən satış artırmağı bacaran, kamera qarşısında sərbəst olan və reklam/targeting anlayışı olan şəxslər müraciət etsin.

Other listings