Prayk

Aparıcı mühasib

1 700 ₼
Тексерілді3 апта бұрын
Санат
Қаржы
Күні
Қаралым
6
Нөмір
№3440945

Сипаттама

Vəzifənin məqsədi Şirkətin gündəlik mühasibat və maliyyə əməliyyatlarının tam və düzgün aparılması, aylıq bağlanışın həyata keçirilməsi, balans və rəsmi hesabatların hazır vəziyyətə qədər hazırlanması. Yekun maliyyə və rəsmi hesabatların yoxlanılması və təsdiqi CFO tərəfindən həyata keçiriləcək. Əsas vəzifələr İki mühasib operatorla satış-alış işinin aparılması, İlkin mühasibat sənədlərinin düzgün uçotu və nəzarəti; Bank, kassa, alış və satış əməliyyatlarının aparılması; Debitor və kreditor borclarının uçotu və üzləşdirilməsi; ƏDV, e-Qaimə, elektron vergi hesab-fakturaları və digər elektron sənədlərlə iş; Əmək haqqı və əmək haqqı ilə bağlı hesablamalara nəzarət; Anbar və mal-material uçotunun mühasibatlıqla uyğunlaşdırılması, əsas vəsaitlərin uçotu; Müqavilələr üzrə maliyyə əməliyyatlarının düzgün əks etdirilməsi; Aylıq dövriyyələrin və hesabların bağlanması, Vergi və digər məcburi ödənişlərin hesablanması; Balans, mənfəət-zərər və digər maliyyə hesabatlarının hazırlanması; Vergi, DSMF, statistika və digər rəsmi hesabatların təqdimata hazır vəziyyətə gətirilməsi; CFO üçün aylıq maliyyə məlumatlarının və izahatların hazırlanması; Məsuliyyət bölgüsü Əməliyyatlar üzrə aparıcı mühasib: Uçotu 2 operator-mühasib üzərindən aparır → yoxlayır → ayı bağlayır → balansı və hesabatları hazırlayır → CFO-ya təqdim edir. CFO: Yekun yoxlama → nəzarət → təsdiq → rəsmi təqdimata icazə. Namizədə əsas tələblər Mühasibatlıq üzrə minimum 2–4 il real iş təcrübəsi; Aylıq bağlanışı müstəqil şəkildə həyata keçirə bilməsi; Balans və P&L hazırlamaq bacarığı; Vergi və əmək qanunvericiliyini bilməsi; ƏDV və elektron vergi sistemləri ilə praktiki iş təcrübəsi; 1C və Excel-də sərbəst işləməsi; Debitor/kreditor və anbar uçotunda güclü praktiki təcrübə; İş şərtləri Rəsmi net Ə/H - 1700-2200 AZN arası, təcrübəyə uyğun İş vaxtı - Qanunvericiliyə uyğun Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 1700 AZN Son müraciət tarixi: 29.10.2026

Хабарландырудың дереккөзі

Түпнұсқа хабарландыруды ашу

© Azimut LLC jobsearch.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.

Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.

ЖАРНАМА
WhatsApp