Əsas vəzifə öhdəlikləri
Kreativ və vizual kontent fəaliyyətinin planlaşdırılması və idarə olunması;
Kreativ və kontent komandasının fəaliyyətinin koordinasiyası;
Brendin marketinq və kreativ kommunikasiya strategiyasının hazırlanmasında iştirak və vizual icrasına nəzarət;
Reklam kampaniyaları, mövsümi layihələr və xüsusi marketinq aktivlikləri üçün kreativ ideyaların və vizual konseptlərin hazırlanmasına rəhbərlik etmək;
Sosial media və digər kommunikasiya kanalları üçün vizual kontent strategiyasının və aylıq planların hazırlanmasını təmin etmək;
Foto və video çəkilişlərin konseptlərinin hazırlanması, təşkili və icrasına nəzarət etmək;
Kreativ ideyaların vizual və mətn formatında düzgün reallaşdırılmasını təmin etmək;
Reklam və kampaniya materiallarının keyfiyyətinə, brend üslubuna və kommunikasiya standartlarına nəzarət etmək;
Komanda üzvləri arasında iş bölgüsünü aparmaq, tapşırıqların icrasını və nəticələrini qiymətləndirmək;
Rəqib şirkətlərin marketinq fəaliyyətini, bazar tendensiyalarını və yeni kreativ yanaşmaları izləmək;
Marketinq fəaliyyətinin effektivliyini təhlil etmək və mütəmadi hesabatlar hazırlamaq.
Namizədə tələblər
Art Direksiya, qrafik dizayn, marketinq və ya kreativ kommunikasiya sahəsində minimum 3 il iş təcrübəsi;
Kreativ və dizayn komandalarının idarə edilməsi üzrə təcrübə;
Güclü kreativ düşüncə, vizual zövq və fərqli ideyalar yaratmaq bacarığı;
Sosial media, rəqəmsal marketinq və kontent istehsalı proseslərini yaxşı bilmək;
Foto və video istehsalı prosesləri haqqında anlayış;
Reklam mətnləri, vizual konseptlər və kreativ layihələrlə işləmək bacarığı;
Güclü kommunikasiya, təşkilatçılıq və liderlik bacarıqları;
Eyni zamanda bir neçə layihəni idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı.
İş şəraiti
İş qrafiki: Tam iş günü;
6 günlük iş rejimi;
AR qanunvericiliyinə əsasən rəsmi qeydiyyat;
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir.
Mövzu hissəsində “Art Direktor”qeyd edərək CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208782/art-direktor
ЖАРНАМА
Біз cookie файлдарын пайдаланамыз Аналитика — тек сіздің келісіміңізбен; қажетті cookie әрқашан қосулы.Құпиялық саясаты