Bir gün Byanşon ateist olan müəlliminin kilsəyə girdiyini görür. Xəlvətcə onu izləyir və görür ki, müəllimi Tanrıya inanan insanlar kimi messaya qulaq asır. Byanşon tərəddüdlər burulğanına düşür. Balzak “Ateistin ibadəti” adlı uzun hekayəsində insanlığın necə mühüm olduğundan, əqidənə müxalif olan insanla necə gözəl bir şəkildə yaşamağın mümkünlüyündən danışır. “Dəniz kənarında faciə” hekayəsində Lui və Polin cütlüyü sahil kənarında şirin xəyallara dalaraq gəzişirlər. Ancaq bu romantika sərt qranit qayanın üzərində heykəl kimi donub qalmış sirli bir adamın hekayəsinə qulaq asanadək davam edir. Dilicanda Parisdən Mulenə gedən iki gənc səfər əsnasında dostlaşırlar. Yol boyu bir-birilərinə öz sevgi macəralarından danışırlar. Qəfil dilican qəzaya uğrayır və dostlardan biri vəfat edir, amma ölüm anında həmsöhbətindən sevgilisinə yazdığı məktubları ona çatdırmağı istəyir. “Əmanət” hekayəsi XIX əsr Fransa cəmiyyətini, o dövrdə yaşanan qarma-qarışıq romantik münasibətləri tanımaqla səciyyələnir.
Müəllif: Onore Dö Balzak
Nəşriyyat: Parlaq İmzalar
Dil: AZE
Cild: Yumşaq
Səhifə sayı: 104
© libraff.az · Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.