Prayk

Avtokar sürücüsü

700 ₼
ТексерілдіКеше

№6314191·Қаралым: 6

Сипаттама

Vəzifə öhdəlikləri: Yüklərin təyinatı üzrə təhlükəsiz şəkildə boşaldılmasını, daşınmasını və anbar/istehsalat sahələrində yerləşdirilməsini təmin etmək; Avtokarın icazə verilən yükgötürmə normasına riayət etmək və yüklərin tarazlı daşınmasına nəzarət etmək; İşə başlamazdan əvvəl texnikaya gündəlik vizual baxış keçirmək, işlək və təmiz saxlamaq, aşkar edilən nasazlıqlar barədə dərhal sahə rəisinə məlumat vermək; Zavod ərazisində müəyyən edilmiş sürət həddinə, hərəkət nişanlarına və piyadaların təhlükəsizliyi qaydalarına ciddi riayət etmək; Verilən istehsalat tapşırıqlarını vaxtında və düzgün icra etmək; Zavod üzrə əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək. Namizədə tələblər: Avtoyükləyici (avtokar) idarə etmək üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsi və ya peşə sertifikatı; İstehsalat və ya anbar sahəsində analoji iş təcrübəsi; Yüksək diqqət, məsuliyyətlilik və intizamlılıq. İş şəraiti: Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşmə, 6 günlük iş həftəsi; Nahar şirkət tərəfindən təmin olunur; Əmək haqqı: 700 Azn; Ünvan: Abşeron rayonu, Məmmədli kəndi; Namizədlərdən CV-lərini "Avtokar sürücüsü" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208167/avtokar-surucusu
ЖАРНАМА