Prayk
Baş Audit — Maliyyə
Келісімді

Baş Audit

Тексерілді2 апта бұрын
Санат
Қаржы
Күні
Қаралым
5
Нөмір
№3196448

Сипаттама

Boranı Restoranlar Şəbəkəsi Baş Audit vakansiyası elan edir. Əsas vəzifə öhdəlikləri: Restoran filiallarının maliyyə və əməliyyat fəaliyyətinin mütəmadi auditinin həyata keçirilməsi; Kassa, POS,bank,nağd pul və digər maliyyə əməliyyatlarının yoxlanılması; Satışların,gəlirlərin və xərclərin uçotunun düzgünlüyünə nəzarət; Anbar,mətbəx və bar üzrə mal-material hərəkətinin və inventarizasiyaların yoxlanılması; Məhsul sərfiyyatı,reseptura,porsiya və faktiki qalıqların uyğunluğunun təhlili; Mal itkisi,israf,uyğunsuzluq və mümkün maliyyə risklərinin müəyyənləşdirilməsi; Filiallarda daxili prosedur və qaydalara əməl olunmasının yoxlanılması; Audit nəticələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; Aşkar edilmiş uyğunsuzluqların səbəblərinin araşdırılması və aradan qaldırılması üzrə təkliflərin hazırlanması; Daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və risklərin minimuma endirilməsi üzrə tədbirlərdə iştirak; Zəruri hallarda planlı və plandankənar filial yoxlamalarının həyata keçirilməsi. Namizədə tələblər: Sektor təcrübəsi – İaşə obyektlərində minimum 3 il iş təcrübəsi; Təhsil - Maliyyə, audit, iqtisadiyyat və ya mühasibat uçotu üzrə ali təhsil; Sistem bilikləri - Restoran idarəetmə sistemləri (iiko və ya r-keeper), həmçinin 1C proqramında mükəmməl işləmək bacarığı; Məlumat analizi - MS Excel proqramını yüksək səviyyədə bilmək,güclü analitik düşünmə, riyazi hesablama və maliyyə təhlili bacarıqları; İdarəetmə bacarığı - Güclü ünsiyyət və komandada işləmə bacarığı; Dil biliyi - Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, əcnəbi dil biliyi üstünlükdür. İş şəraiti və təminatlar Müasir və korporativ iş mühiti, peşəkar komanda; Nahar yeməyi; Restoran daxilində 200 AZN məbləğində şəxsi ödənməz; Korporativ nömrə; İş rejimi - 6 günlük (I-V günlər 09:00-17:00, VI gün 09:00-14:00); Əmək haqqı: Müsahibə əsasında Müraciət üçün: CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Baş Audit” başlığı ilə göndərə bilərsiniz. Son müraciət tarixi: 26.10.2026 Müraciət: https://jobsearch.az/vacancies/borani-restoranlar-sebekesi-bas-audit-152299
ЖАРНАМА