Bu masaj yastığı boyun, bel, çiyin, kürək və ayaq nahiyələrində yaranan gərginliyi azaltmaq, qan dövranını yaxşılaşdırmaq üçün nəzərdə tutulub. İki istiqamətli masaj başlığı ilə hər nöqtəyə təsir edərək dərin masaj effekti yaradır. İsti terapiya funksiyası əzələlərin relaksasiyasına kömək edir. Cihazın sadə idarəetmə düyməsi istifadəni asanlaşdırır. Yüngül və portativ dizaynı sayəsində evdə, ofisdə və ya səyahətlər zamanı rahatlıqla istifadə oluna bilər.