
Bakı1
Baş mexanik
Baş mexanik
Келісімді
Тексерілді2 апта бұрын
Сипаттама
Təsvir
İstehsalat xəttinin mexaniki avadanlıqları, konveyerlər, nasoslar, reduktorlar, çənlər, borulama və digər mexaniki sistemlərin etibarlı istismarını təmin etmək;
Qazanxana, çiller, kompressor, sıxılmış hava, su, drenaj və digər köməkçi mexaniki sistemlərin işinə nəzarət etmək;
Mexaniki avadanlıqlar üzrə planlı texniki xidmət və təmir qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək;
Avadanlıqların yağlama, vibrasiya, temperatur, sızma, bərkidilmə və digər texniki göstəricilərinin yoxlanılmasını təşkil etmək;
Mexaniki nasazlıqları araşdırmaq, kök səbəbləri müəyyən etmək və təkrar nasazlıqların qarşısının alınması üzrə tədbirlər görmək;
Mexanik və texniki heyətin gündəlik işini təşkil etmək, tapşırıqlar vermək və görülən işlərin keyfiyyətinə nəzarət etmək;
Podratçı, servis və təchizatçıların işlərini koordinasiya etmək və görülən işləri qəbul etmək;
Kritik ehtiyat hissələrinin minimum ehtiyat səviyyəsini müəyyən etmək və satınalma tələblərini hazırlamaq;
Təzyiqli sistemlər, fırlanan avadanlıqlar, isti səthlər və digər riskli işlər üzrə təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət etmək;
Yeni layihələrdə mexaniki avadanlıqların, borulama sistemlərinin və digər qurğuların layihə tələblərinə uyğunluğunu yoxlamaq;
Avadanlıqların quraşdırılması, sınaqdan keçirilməsi və işə salınması proseslərini koordinasiya etmək;
Mexaniki avadanlıqların reyestri, texniki sənədləri, xidmət və təmir qrafiklərinin aktual saxlanılmasını təmin etmək.
Tələblər
Mexanika mühəndisliyi və ya əlaqəli texniki sahə üzrə ali təhsil;
Sənaye müəssisəsində mexaniki avadanlıqların istismarı və təmiri üzrə minimum 5 il iş təcrübəsi;
İstehsalat xətləri, nasoslar, qazanlar, kompressorlar, çillerlər, fanlar, reduktorlar, çənlər və borulama sistemləri üzrə praktiki bilik;
Mexaniki layihələri, P&ID sxemlərini və istehsalçı texniki sənədlərini oxuma bacarığı;
Planlı texniki xidmət, nasazlıqların diaqnostikası, təmir planlaması və ehtiyat hissələrinin idarə edilməsi üzrə təcrübə;
Texniki heyət və podratçıların işinin təşkili və nəzarəti üzrə bacarıq;
AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ya ingilis dilində texniki sənədləri oxuma bacarığı üstünlükdür.
İş şəraiti
Vakansiya növü - Tam ştat
Nahar təminatı
Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
Təlim dəstəyi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Müraciət: https://busy.az/vacancy/193660/bas-mexanik
ЖАРНАМА












