
Bakı1
Baş mühasib
Baş mühasib
Келісімді
Тексерілді2 апта бұрын
Сипаттама
İş şəraiti
Bölgə: Bakı şəhəri, Səbail rayonu, Sahil m/s-nun yaxınlığı
İş günləri Bazar ertəsi – Şənbə
Əmək haqqı Müsahibə əsasında
Tələblər:
Təhsil: Maliyyə, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində ali təhsil;
İş təcrübəsi: Baş mühasib və ya mühasib müavini vəzifəsində minimum 3-5 il iş təcrübəsi;
Proqram bilikləri: 1C (8.3 versiyası), MS Excel (yüksək səviyyədə), e-taxes.gov.az, e-gov.az portalları ilə sərbəst işləmək bacarığı;
Qanunvericilik: AR Vergi Məcəlləsini mükəmməl bilmək;
PMS (MHBS) Sertifikatı mütləqdir
Dəqiqlik, məsuliyyətlilik və komandada işləmək bacarığı.
İşin təsviri
Müəssisənin mühasibat və vergi uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və MHBS-ə (IFRS) uyğun olaraq aparılması;Vergi, AR Mərkəzi Bankı, Statistika və digər dövlət hesabatlarının vaxtında hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi;
Bəyannamələrin (ƏDV, Mənfəət, Ödəmə mənbəyində tutulan vergi və s. düzgün formalaşdırılması və e-taxes portalları vasitəsilə göndərilməsi;
Bank əməliyyatlarının, kassa hissəsinin və hesab-fakturaların nəzarətdə saxlanılması;
Debitor və kreditor borclarına müntəzəm nəzarət olunması, üzləşmə aktlarının tərtib edilməsi;
Daxili maliyyə hesabatlarının rəhbərliyə təqdim olunması;
Audit yoxlamaları zamanı tələb olunan sənədləşmənin təmin edilməsi.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Subject/Mövzu hissəsində bölgəyə uyğun olaraq “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/193804/bas-muhasib
ЖАРНАМА












