Prayk

Baş mühasib

2 000 ₼
Тексерілді3 күн бұрын
Қала
Bakı
Санат
Қаржы
Күні
Қаралым
2
Нөмір
№4124559

Сипаттама

Vəzifə öhdəlikləri Mühasibat uçotunu qanunvericiliyə uyğun təşkil etmək, maliyyə əməliyyatlarının düzgün və vaxtında uçota alınmasını təmin etmək; Əməkhaqqı və digər ödənişlərin hesablanmasına nəzarət etmək; Debitor və kreditor borclarının uçotunu və üzləşmələrini aparmaq, borcların yaşlandırılması üzrə hesabatları təhlil etmək; ƏDV, mənfəət vergisi, ÖMV, DSMF və digər məcburi hesabatları düzgün və vaxtında hazırlayıb təqdim etmək; Vergi orqanları ilə yazışmaları aparmaq, uyğunsuzluqlarla bağlı sorğuları araşdırmaq və cavablandırmaq; Rəhbərliyə aylıq mənfəət və zərər, maliyyə vəziyyəti hesabatlarını, həmçinin həftəlik pul vəsaitlərinin hərəkəti barədə məlumatı təqdim etmək; Gəlirlərin, o cümlədən Forma 2 ilə təsdiqlənən iş və xidmətlər üzrə gəlirlərin düzgün dövrdə tanınmasına nəzarət etmək; Texnikalar üzrə xərclərin düzgün bölüşdürülməsini və uçotda əks etdirilməsini təmin etmək; Ana şirkət, qrupdaxili şirkətlər və kənar tərəflərlə qarşılıqlı hesablaşmalara nəzarət etmək; Xərclərin optimallaşdırılması və maliyyə risklərinin qiymətləndirilməsi üzrə təhlillər aparmaq, rəhbərliyə təkliflər vermək. Namizədə tələblər Aparıcı mühasib və ya baş mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi; Logistika və texnika xidmətləri sahəsində mühasibatlıq təcrübəsi; Peşəkar Mühasib Sertifikatı (PMS); Vergi uçotu, audit və maliyyə riskləri üzrə biliklər; Excel üzrə yüksək səviyyədə bilik və 1C 8.3 proqramında işləmək bacarığı; Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət; Rus dili biliyi və data analitikası üzrə biliklər üstünlükdür. İş şərtləri 2 000 AZN-dən başlayan əməkhaqqı; Şirkətə məxsus ERP proqramında işləmək üçün təlim. Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/197317/bas-muhasib