Prayk

Baş mühasib

2 000 ₼
Тексерілді2 күн бұрын
Қала
Bakı
Санат
Қаржы
Күні
Қаралым
7
Нөмір
№4167559

Сипаттама

İş barədə məlumat: • Cəmiyyətin maliyyə-təsərrüfat mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti; • Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, mühasibat - maliyyə hesabatlarının tələb olunan müddətdə tərtib və təqdim edilməsini təşkil etmək; • 1 C mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirmək; • İş və xidmətlərin maya dəyərini hesabat kalkulyasiyasını tərtib etmək, itkilərin yaranma və qeyri-istehsal məsrəflərin mənbələrini aşkar etmək, onların qarşısının alınması üzrə təkliflər hazırlamaq; • Mədaxil/məxaric pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, vəsaitlərin dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarəti; • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun düzgün sərf olunmasına, əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi; • Pul vəsaitlərinin mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak etmək; • Vergi orqanları, DSMF və digər dövlət orqanlarına aylıq rüblük və illik hesabatları vaxtında təqdim etmək; • Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək; • Maliyyə hesablarını (Balans hesabatı, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı və.s) hazırlamaq; • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün müvafiq əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin etmək; • Həftəlik, aylıq, rüblük və illik icra hesabatlarının hazırlanmasını və təqdim edilməsini təmin etmək. • İş saatları: 09:00 – 18:00; • Nahar fasiləsi: 13:00-14:00 • İstirahət günü: Şənbə,bazar Şərtlər: • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə • Ofis ünvanı: Nizami rayonu, Qara Qarayev, 87 (Lotos ticarət mərkəzinin arxası) Maraqlanan şəxslər CV-lərini “Baş mühasib” başlığı altında PDF formatında Whatsup nömrəsinə və ya e-Mail poçt ünvanına göndərə bilərlər. Tələblər: Təhsil : Ali İş təcrübəsi : 3 ildən 5 ilə qədər Yaş : 35 - 50 Cins : Qadın • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində); • PMS sertifikatı; • Vergi qanunvericiliyi və Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə təcrübəyə malik olmaq; • Mühasibat proqramlarında (1C, MS Office) işləmək bacarığı; • Yaş həddi: 35-50; • Cins: Xanım • Mühasib kimi ən azı 5 il iş təcrübəsi; • Azərbaycan dilini bilməsi zəruridir, Rus dilini bilməsi arzuolunandır; • Yüksək analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik; • Komanda ilə işləmə bacarığının olması. Əmək haqqı: 2000 AZN Şirkət: Gidromaşservis QSC Müraciət: https://ejob.az/is-elani/104756-bas-muhasib/

Ұқсас хабарландырулар