
1
Baş mühasib
Baş mühasib
1 500 ₼
ТексерілдіБүгін
Күні
Қаралым1
Нөмір№6071017
Сипаттама
Vəzifə öhdəlikləri:
Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq standartlara (MHBS) uyğun təşkili və aparılması;
Vergi, statistika, DSMF və digər dövlət orqanlarına təqdim olunan hesabatların vaxtında və düzgün hazırlanması;
Gündəlik maliyyə və mühasibat əməliyyatlarının (bank, kassa, e-qaimə, gömrük bəyannamələri və s.) 1C proqram təminatında əks etdirilməsi;
İdxal əməliyyatlarının (avtomobil və ehtiyat hissələrinin idxalı), maya dəyərinin hesablanması və anbar uçotuna nəzarət;
Əməkhaqqı, məzuniyyət və ezamiyyət hesablamalarının düzgünlüyünə nəzarət;
Debitor və kreditor borcların uçotunun aparılması və üzləşmə aktlarının tərtib edilməsi;
Rəhbərlik üçün aylıq, rüblük və illik maliyyə hesabatlarının (mənfəət-zərər, balans, pul vəsaitlərinin hərəkəti) hazırlanması.
Tələblər:
Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil;
Baş mühasib və ya aparıcı mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi (avtomobil satışı, idxal-ixrac və ya ticarət sahəsində təcrübə üstünlükdür);
Azərbaycan Respublikasının Vergi və Əmək Məcəllələrini mükəmməl bilmək;
1C (8.3 versiyası), BTP, e-taxes.gov.az, e-gov.az və MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək bacarığı;
PMS (Peşəkar Mühasib Sertifikatı) olması üstünlükdür;
Analitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və komandanı idarəetmə bacarığı.
İş şəraiti:
İş yeri: Baş ofis – Onvolt MMC, Ceyhun Hacıbəyli 194
İş qrafiki: 5/7 (saat 10:00–19:00), 6-cı gün qısa iş günü.
Əməkhaqqı: 1500 – 2000 AZN (namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək).
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Baş mühasib" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Maaş: 1500 AZN
Son müraciət tarixi: 17.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/onvolt-bas-muhasib-156292
ЖАРНАМА










