
Bakı10
Baş satıcı - Qəssab

1 200 ₼
Baş satıcı - Qəssab
ТексерілдіКеше
Сипаттама
Ət və ət məhsullarının istehsalı və satışı ilə məşğul olan şirkətimizə filiallarda çalışmaq üçün Baş satıcı-qəssab vəzifəsinə əməkdaşlar dəvət olunur. TƏLƏBLƏRƏ UYĞUN OLMAYAN ŞƏXSLƏR NARAHAT ETMƏSİN!
İş şəraiti:
Rəsmi əmək müqaviləsi;
Stabil iş və əmək haqqı;
İş qrafiki: növbəli;
Filiallar üzrə iş imkanı;
Əməkhaqqı: (1000-1200 azn + satış faizi) müsahibə zamanı müəyyən edilir.
İş yeri: Şirkətin müxtəlif filialları
Müraciət üçün: CV-nizi [email protected] göndərin və ya 077 206 26 46 nömrəsi ilə əlaqə saxlayın.
Tələblər:
Peşəkar doğrama, porsiyalama və sümükdən ayırma bacarığı,
Müştəri ilə xoş ünsiyyət bacarığı,
Steyklərin adlarını bilmək, ət çeşidlərini fərqləndirməyi bacarmaq,
Məhsulun təqdimat bacarığı və satış intizamı.
Tərəzi, etiket, POS/kassa və sadə mal uçotu üzrə işləmə bacarığı (müvafiq səlahiyyət olduqda).
Qida təhlükəsizliyi, gigiyena, mübahisəli vəziyyətlərin idarə olunması.
Vəzifə öhdəlikləri:
Vitrin və soyuducu məhsullarının görünüşünü, saxlanma şəraitini və istifadə müddətini yoxlamaq,
Müştərini qarşılamaq, sifarişi dəqiqləşdirmək, ət hissələri və istifadəsi barədə düzgün məlumat vermək (məsələn, müştəri tikə ət aldıqda, qiyma, quşbaşı və s. formada istədiyini mütləq qaydada soruşmaq,)
Müştəri tələbinə uyğun əti doğramaq, sümükdən ayırmaq, çəkmək, qablaşdırmaq və etiketləmək.
Təsdiqlənmiş qiymətlərə və tərəzi qaydalarına riayət etmək; endirim və qaytarma üçün səlahiyyət həddini gözləmək.
Satış sisteminə məlumatları daxil etmək,
Növbə əvvəlində və sonunda təhkim edilmiş məhsulun qalığını yoxlamaq; satış, qaytarma, silinmə və faktiki qalığı üzləşdirmək.
Kassa səlahiyyəti varsa, kassa hesabatını sistem qeydləri ilə tutuşdurmaq, fərqləri dərhal rəhbərə bildirmək.
Müştəri şikayətini nəzakətlə qəbul etmək və səlahiyyəti aşan halları (qaytarma) rəhbərə yönləndirmək.
Qəssab köməkçisinə tapşırıq vermək və təhlükəsiz işi nəzarətdə saxlamaq,
Vitrin, avadanlıq, alət və iş yerinin gigiyenasını təmin etmək (hər müştərinin gözü önündə alətlərin spirt vasitəsilə təmizlənməsi və salfetlə qurulanması prosesi mütləq qaydada baş verməlidir).
Maaş: 1200-1500 AZN
Yaş: 25-40
Təhsil: Orta
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Хабарландырудың дереккөзі
Түпнұсқа хабарландыруды ашу© Natural Meat boss.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.
ЖАРНАМА














