
Bakı9
Bina İdarəetmə Sistemləri (BMS) üzrə texnik
Bina İdarəetmə Sistemləri (BMS) üzrə texnik
1 200 ₼
Тексерілді2 ай бұрын
Сипаттама
-Yalnız kişi namizədlər.
-Hərbi xidmət keçmiş və ya qanunvericiliyə uyğun olaraq hərbi xidmətə yararsız hesab edilmiş namizədlər.
-Saqqalın qırxılması tələbinə və əczaçılıq istehsalında tətbiq olunan gigiyena qaydalarına riayət etməyə hazır olmaq.
Tələblər:
-Elektrik, elektronika, HVAC (isitmə, havalandırma və kondisionerləşdirmə) və ya soyutma ixtisasları üzrə peşə məktəbi, texniki peşə məktəbi və ya sənaye peşə məktəbi məzunu olmaq.
-Arzuolunandır ki, oxşar vəzifədə ən azı 2 il iş təcrübəsi olsun.
-HVAC sistemlərinin, isitmə və soyutma sistemlərinin, Bina İdarəetmə Sistemlərinin (BMS) texniki xidməti, təmiri və istismarı, eləcə də kvalifikasiya fəaliyyətləri üzrə ən azı 3 il iş təcrübəsinə malik olmaq.
-Elektrik sistemləri üzrə əsas biliklərə malik olmaq.
-Növbəli iş rejimində işləmək imkanına malik olmaq.
Vəzifə öhdəlikləri:
-Bina İdarəetmə Sistemləri (BMS), sənaye soyutma sistemləri, HVAC sistemləri və sıxılmış hava sistemləri daxil olmaqla, müəssisənin infrastruktur sistemlərinə aid maşın və avadanlıqların texniki xidməti, təmiri, modifikasiyası və dəyişdirilməsi işlərini həyata keçirmək və koordinasiya etmək, həmçinin görülən bütün işlərin müvafiq qaydada sənədləşdirilməsini təmin etmək.
-Bu sistemlərin cGMP, GEP, ISO və digər tətbiq olunan standartların tələblərinə uyğunluğunu təmin etmək üçün tələb olunan sənədləri hazırlamaq və aktual saxlamaq, həmçinin onların davamlı uyğunluğuna nəzarət etmək.
-Müəssisə daxilində qanunvericiliyin tələblərinə uyğun olaraq aparılması zəruri olan yoxlama, ölçmə və sınaqların həyata keçirilməsi zamanı səlahiyyətli kənar təşkilatlara dəstək göstərmək.
Maaş: 1200-1400 AZN
Yaş: 21-45
Təhsil: Orta texniki
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Хабарландырудың дереккөзі
Түпнұсқа хабарландыруды ашу© Gen Pharma Caucasus Manufacturing Operations boss.az · Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.
ЖАРНАМА











