
8
Çağrı mərkəzi operatoru

600 ₼
Çağrı mərkəzi operatoru
ТексерілдіБүгін
Күні
Қаралым8
Нөмір№5846732
Сипаттама
Tələblər:
Staj: 1 il
Dil bilikləri: Rus dili biliyi mütləqdir
Cinsi: Qadın
Komputer bilikləri: Microsoft Office proqramları
Təhsil: Orta ixtisas və ya bakalavr
Yaş həddi: 20-45 yaş
Azərbaycan və Rus dillərində sərbəst, aydın və səlis danışıq qabiliyyəti;
Effektiv ünsiyyət və aktiv dinləmə bacarığı;
Müştərinin müraciətini düzgün təhlil etmək və ehtiyaclarını müəyyənləşdirmək bacarığı;
Problemləri operativ təhlil etmək və həll yolları təklif etmək bacarığı;
Eyni zamanda bir neçə tapşırığı idarə etmək (multitasking) bacarığı;
Müştəri etirazları və mürəkkəb müraciətlərlə işləmək bacarığı;
Fikirlərini düzgün ifadə etmək və məlumatı qarşı tərəfə aydın çatdırmaq bacarığı.
Şəxsi keyfiyyətlər:
Yüksək ünsiyyət və davranış mədəniyyəti ;
Səbirli, nəzakətli və təmkinli olmaq;
Stressə davamlılıq və emosional özünənəzarət;
Məsuliyyətli və intizamlı olmaq;
Diqqətli və detallara qarşı həssas olmaq;
Operativ və çevik qərarvermə qabiliyyəti;
Komandada işləmək bacarığı;
Öyrənməyə və yeniliklərə açıq olmaq;
Müştəri məmnuniyyətinə yönümlülük.
İş təsviri:
Daxil olan telefon zənglərinin cavablandırılması və müştərilərin müraciətlərinin qəbul edilməsi
Müştərilərə şirkətin məhsul, xidmət və fəaliyyət istiqamətləri haqqında düzgün və dolğun məlumatın təqdim edilməsi;
Müştərilərin suallarının cavablandırılması və aranmış problemlərin operativ həll edilməsi;
Müştəri müraciətlərinin müvafiq informasiya sistemində qeydiyyata alınması və məlumatların düzgün daxil edilməsi;
Həll edilməsi operatorun səlahiyyətləri daxilində olmayan müraciətlərin aidiyyəti struktur bölmələrə yönləndirilməsi;
Müraciətlərin icra vəziyyətinin izlənilməsi və zəruri hallarda müştərinin məlumatlandırılması;
Müştərilərlə ünsiyyət zamanı şirkətin müəyyən etdiyi xidmət standartlarına və davranış qaydalarına riayət edilməsi;
Müştəri narazılıqlarının və şikayətlərinin qəbul edilməsi, müvafiq prosedurlara uyğun idarə olunması;
Gündəlik fəaliyyət üzrə müəyyən edilmiş keyfiyyət və məhsuldarlıq göstəricilərinin yerinə yetirilməsi;
İş şəraiti:
İş rejimi: 6 günlük
İş saatı: 09:00 – 17:00, 10:00-18:00
Şənbə günü qısa iş günü
İstirahət: Bazar günü
Ayda 1 dəfə Bazar günü iş günü olur və həmin günün əvəzi olaraq həftə içi istirahət verilir.
Əmək haqqı: 600 AZN
Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli 50 C, Baku Service Company, Omidlə üz –üzə (SAMSUNG)
Qeyd olunan tələblərə cavab verən şəxslər mövzu başlığında “Çağrı mərkəzi operatoru” qeyd edərək Cv – lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 600 AZN
Son müraciət tarixi: 11.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/baku-service-company-cagri-merkezi-operatoru-155833
ЖАРНАМА





