
Bakı13
Call Center Meneceri (Çağrı mərkəzi)
Call Center Meneceri (Çağrı mərkəzi)
500 ₼
ТексерілдіКеше
ҚалаBakı
Күні
Қаралым13
Нөмір№5969489
Сипаттама
EVOL Mağazalar Şəbəkəsi komandamıza qoşulmaq üçün ünsiyyət bacarığı yüksək, idarəetmə təcrübəsinə malik, müştəriyönümlü və nəticəyönümlü Call Center Meneceri axtarırıq!
Rəqabətədavamlı əməkhaqqı;
Nəticələrə əsaslanan bonus və mükafatlandırma sistemi;
Peşəkar və dinamik iş mühiti;
Karyera və peşəkar inkişaf imkanları;
Şirkətin inkişafında və idarəetmə proseslərində aktiv iştirak imkanı.
Öhdəliklər
Call Center şöbəsinin gündəlik fəaliyyətini təşkil etmək və idarə etmək;
Operatorların işinə nəzarət etmək, iş bölgüsünü aparmaq və fəaliyyətlərini qiymətləndirmək;
Daxil olan telefon zənglərinin, WhatsApp mesajlarının və sosial şəbəkələrdən gələn müştəri müraciətlərinin vaxtında cavablandırılmasını təmin etmək;
Müştərilərə məhsullar, qiymətlər, kampaniyalar, kredit şərtləri və mağazaların ünvanları barədə düzgün məlumat verilməsinə nəzarət etmək;
Müştərilərin məhsul seçimində istiqamətləndirilməsini və satışa yönləndirilməsini təşkil etmək;
Telefon və onlayn müraciətlərin satışa çevrilməsi üçün effektiv satış skriptləri hazırlamaq və tətbiq etmək;
Müştərilərin müraciətlərini aidiyyəti mağazalara və şöbələrə düzgün yönləndirmək;
Mağazalarda məhsulun mövcudluğu, sifarişlərin vəziyyəti və çatdırılma prosesi ilə bağlı müştərilərə operativ məlumat verilməsini təmin etmək;
Müştəri şikayətlərini araşdırmaq, həll prosesini izləmək və təkrar problemlərin qarşısının alınması üçün tədbirlər görmək;
Müştəri bazasının yaradılması və yenilənməsi sistemində düzgün qeydiyyatının aparılmasına nəzarət etmək;
Potensial müştərilərlə təkrar əlaqə saxlanılması və satış imkanlarının artırılması üçün zəng kampaniyaları təşkil etmək;
Əvvəlki müştərilərlə əlaqələrin qorunması və təkrar satışların artırılması istiqamətində iş aparmaq;
Reklam və marketinq kampaniyalarından daxil olan müraciətlərin effektiv idarə edilməsini təmin etmək;
Operatorların danışıq keyfiyyətini yoxlamaq, telefon danışıqlarını dinləmək və qiymətləndirmək;
Operatorlar üçün təlimlər keçirmək, satış və ünsiyyət bacarıqlarının inkişafını təmin etmək;
Zənglərin sayı, cavablandırılma müddəti, itirilmiş zənglər, satışa çevrilmə və müştəri məmnuniyyəti üzrə hesabatlar hazırlamaq;
Çağrı Mərkəzinin (Call Center) fəaliyyətinin effektivliyini artırmaq üçün rəhbərliyə təkliflər vermək.
Tələblər
Ali təhsil;
Çağrı Mərkəzi və ya müştəri xidmətləri sahəsində minimum 1-3 il iş təcrübəsi;
Çağrı Mərkəzi komandasının idarə edilməsi üzrə təcrübəyə üstünlük verilir;
Pərakəndə satış və aktiv telefon satışları sahəsində təcrübə arzuolunandır;
Telefonla satış və müştəri ilə effektiv ünsiyyət bacarığı;
Satış skriptlərinin hazırlanması və tətbiqi üzrə biliklər;
CRM sistemləri ilə işləmək bacarığı;
MS Excel və hesabat proqramlarından istifadə bacarığı;
Müştəri şikayətlərinin idarə edilməsi və problemlərin həlli bacarığı;
Komandanı motivasiya etmək və idarə etmək qabiliyyəti;
Yüksək nitq mədəniyyəti, səbir və inandırma qabiliyyəti;
Analitik düşüncə və nəticəyönümlülük;
Azərbaycan dilində səlis danışıq.
Daxil olan zənglərin cavablandırılma faizi;
Cavabsız və itirilmiş zənglərin azaldılması;
Müştəri müraciətlərinin satışa çevrilmə faizi;
Telefon və onlayn kanallar üzrə əldə edilən satış həcmi;
Müştəri məmnuniyyəti göstəricisi;
İlk müraciətdə problemin həlli faizi;
Müştəri müraciətlərinə cavabvermə sürəti;
Operatorların fərdi və komanda üzrə performansı;
Təkrar satış və potensial müştərilərin geri qaytarılması göstəriciləri.
Хабарландырудың дереккөзі
Түпнұсқа хабарландыруды ашу© Evol busy.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.
ЖАРНАМА










