Prayk

CRM koordinator

500 ₼
Тексерілді2 апта бұрын
Санат
Сату
Күні
Қаралым
5
Нөмір
№3379853

Сипаттама

Tələblər: Azərbaycan dilini mükəmməl bilmək; Rus və ya ingilis dillərindən ən azı birini bilmək; Korporativ sahədə ən azı 1 il iş təcrübəsi; Yüksək ünsiyyət və komandada işləmək bacarığı; MS Office proqramlarından və internet resurslarından sərbəst istifadə bacarığı; Stresli vəziyyətlərdə işləmək və operativ qərar qəbul etmək bacarığı; İşgüzar yazışmaların və sənədlərin hazırlanması bacarığı (görüş hesabatları, müştəri yazışmaları, rəsmi məktublar və s.); Rəsmi geyim qaydalarına riayət etmək. İşin təsviri: Təşkil olunan tədbirlər barədə üzv şirkətlərin vaxtında məlumatlandırılması və şirkətlərin rəhbər şəxslərinin tədbirlərdə iştirakının təmin edilməsi; Üzv şirkətlər barədə çap və onlayn resurslarda yerləşdirilməsi üçün zəruri məlumatların toplanması və hazırlanması; Yeni layihələr və kommersiya təklifləri barədə üzv şirkətlərə məlumatların təqdim edilməsi; Müvafiq üzv şirkətlərə əlavə xidmətlərin təqdim edilməsi və satışının həyata keçirilməsi; Görülmüş işlər və nəticələr barədə rəhbərliyə mütəmadi hesabatların hazırlanması və təqdim edilməsi; Departament müdiri ilə razılaşdırılmış digər funksiyaların icrası. Şərtlər: Rəsmi əmək müqaviləsi; İş rejimi: 5 günlük iş həftəsi, 09:00–18:00; Əmək haqqı: 500–700 AZN; KPI sistemi tətbiq olunur və nəticələrə əsasən əlavə bonuslar nəzərdə tutulur. CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən məktubun mövzu hissəsində “CRM” qeyd etməyiniz xahiş olunur. Maaş: 500 AZN Son müraciət tarixi: 28.10.2026

Хабарландырудың дереккөзі

Түпнұсқа хабарландыруды ашу

© Caspian Energy Club jobsearch.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.

Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.

ЖАРНАМА