Vəzifə öhdəlikləri
Müxtəlif mənbələrdən məlumatların əldə edilməsi, toplanması və emalı;
Məlumatların təmizlənməsi, strukturlaşdırılması və təhlilə hazırlanması;
SQL vasitəsilə məlumat bazalarından zəruri məlumatların əldə edilməsi və sorğuların hazırlanması;
Microsoft Excel və Python vasitəsilə məlumatların emalı və təhlilinin aparılması;
Təkrarlanan hesabatların və məlumat yükləmə proseslərinin Python və PL/SQL vasitəsilə avtomatlaşdırılması;
Power BI vasitəsilə hesabatların və interaktiv dashboard-ların hazırlanması;
Məlumat modellərinin qurulması və DAX ifadələrindən istifadə etməklə analitik göstəricilərin hesablanması;
Məlumatlar üzrə tendensiyaların, qanunauyğunluqların və mümkün problemlərin müəyyən edilməsi;
Analitik nəticələrin şərh edilməsi və biznes proseslərinin qiymətləndirilməsi;
Biznes ehtiyaclarına uyğun hesabatların hazırlanması və müvafiq məlumatların təqdim edilməsi;
Rəhbərliyin və aidiyyəti struktur bölmələrin qərarvermə prosesini dəstəkləyən analitik məlumatların təqdim olunması.
Tələblər
Analitik düşünmə və problemləri təhlil edərək həll etmə bacarığı;
Texniki sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi;
Diqqətlilik və detallara yüksək həssaslıq;
Məsuliyyətlilik və tapşırıqları vaxtında icra etmək bacarığı;
Məntiqi və sistemli düşünmə qabiliyyəti;
Məlumatlarla işləməyə və araşdırma aparmağa maraq;
Müstəqil qərarvermə və təşəbbüskarlıq;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Yeni bilik və texnologiyaları öyrənməyə, peşəkar inkişaf etməyə həvəs;
Çevik düşünmə və dəyişən tələblərə uyğunlaşma bacarığı;
Nəticəyönümlülük və biznes ehtiyaclarını anlama qabiliyyəti.
5 günlük iş qrafiki: 09:00 – 18:00
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Data analitik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/209004/data-analitik
ЖАРНАМА
Біз cookie файлдарын пайдаланамыз Аналитика — тек сіздің келісіміңізбен; қажетті cookie әрқашан қосулы.Құпиялық саясаты