Prayk
Daxili Satınalma üzrə Mütəxəssis — Nəqliyyat, logistika, anbar
Келісімді

Daxili Satınalma üzrə Mütəxəssis

ТексерілдіКеше
Күні
Қаралым
7
Нөмір
№5501964

Сипаттама

Bu vəzifə, tabeli qurumlarımızdan birinə axtarılır. Vəzifə Öhdəlikləri: Şirkətin daxili satınalma ehtiyaclarını müəyyənləşdirmək və satınalma prosesini təşkil etmək; Təchizatçıların araşdırılması, kommersiya təkliflərinin alınması və qiymət, keyfiyyət və çatdırılma şərtləri üzrə müqayisəli təhlilini aparmaq; Təchizatçılarla qiymət, ödəniş, çatdırılma və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq; Satınalma sifarişləri, müqavilələr və digər sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini təmin etmək; Sifarişlərin icrasını, məhsul və xidmətlərin vaxtında və tələb olunan keyfiyyətdə təqdim edilməsini izləmək; Təchizatçıların fəaliyyətini qiymətləndirmək və satınalma xərclərinin optimallaşdırılması üzrə təkliflər vermək; Satınalma sənədlərini və məlumat bazasını idarə etmək, hesabatlar hazırlamaq və aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək; Satınalma proseslərinin daxili siyasət və prosedurlara uyğun həyata keçirilməsini təmin etmək və rəhbərliyin tapşırıqlarını icra etmək. Tələb Olunan Bilik və Bacarıqlar: Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika, Təchizat zəncirinin idarə edilməsi və ya əlaqəli sahə üzrə); Satınalma, Təchizat, Logistika və ya əlaqəli sahə üzrə minimum 2 il iş təcrübəsi; Microsoft Office (Word,Excel, Powerpoint) xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək; ERP və satınalma sistemlərində işləmək bacarığı; 1C proqramında işləmək bacarığı; Müqavilə və satınalma sənədləri ilə işləmək bacarığı; Azərbaycan dilini səlis bilmək, İngilis və/və ya Rus dilini bilmək üstünlükdür. Təklif Edilir: Şirkət tərəfindən nahar təminatı; Korporativ nömrə. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 02.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/aztelco-group-mmc-daxili-satinalma-uzre-mutexessis-155217
ЖАРНАМА