Prayk

Feldşer / Offshore Paramedic

Келісімді
ТексерілдіКеше

№6372874·Қаралым: 7

Сипаттама

Namizədlərə əsas tələblər Müvafiq feldşer ixtisası üzrə orta ixtisas tibb təhsili və diplom; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş qüvvədə olan sertifikasiya şəhadətnaməsi; Təcili tibbi yardım, reanimasiya və ya istehsalat obyektlərində tibbi xidmət sahəsində praktik təcrübə; Ürək-ağciyər reanimasiyası (CPR), ilkin və təkmilləşdirilmiş təcili yardım prinsipləri üzrə bilik və bacarıqlar; Təcili tibbi vəziyyətlərdə operativ qərarvermə və komanda şəklində işləmək bacarığı; Dəniz şəraitində  rotasiya rejimində işləməyə fiziki və psixoloji hazırlıq; Tibbi sənədləşmə, hesabatlılıq və peşə etikası qaydalarına riayət etmək. Əsas vəzifə öhdəlikləri Dəniz platformasında çalışan əməkdaşlara ilkin və təcili tibbi yardım göstərilməsi; Kəskin koronar sindrom, ürək dayanması, tənəffüs çatışmazlığı, travmalar, yanıqlar və digər təxirəsalınmaz hallarda ilkin qiymətləndirmə və səlahiyyətləri çərçivəsində müdaxilə; CPR, AED və oksigen terapiyası üzrə müvafiq protokolların tətbiqi; Pasiyentlərin həyati göstəricilərinin monitorinqi və vəziyyətlərinin dinamik qiymətləndirilməsi; Təcili tibbi təxliyə (MEDEVAC) zamanı pasiyentin stabilləşdirilməsi və təxliyəyə hazırlanması; Tibbi məntəqədə dərman vasitələrinin, tibbi avadanlıqların və təcili yardım çantalarının daim istifadəyə hazır saxlanılması; Tibbi müraciətlərin, görülmüş müdaxilələrin və gündəlik fəaliyyətin sənədləşdirilməsi; İstehsalatda sağlamlıq və təhlükəsizlik (HSE) qaydalarına riayət edilməsi, fövqəladə hallara hazırlıq tədbirlərində iştirak. Üstünlük veriləcək əlavə kvalifikasiyalar Offshore və ya sənaye təbabəti sahəsində iş təcrübəsi; BLS, ACLS və ya digər beynəlxalq təcili tibbi yardım təlimləri üzrə qüvvədə olan sertifikatlar; BOSIET və müvafiq dəniz təhlükəsizliyi təlimləri üzrə sertifikatlar; İş şəraiti Dəniz platformasında rotasiya prinsipi əsasında növbəli iş rejimi; Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə; Əməkhaqqı və digər təminatlar müsahibə zamanı müzakirə olunacaq. Qeyd olunan tələblərə cavab verən namizədlərdən mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə CV-lərini, təhsil diplomlarını, qüvvədə olan sertifikasiya şəhadətnamələrini və mövcud əlavə peşə sertifikatlarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208818/feldser-offshore-paramedic
ЖАРНАМА