Prayk

Freelance Content Manager

1 000 ₼
Тексерілді2 апта бұрын
Қала
Bakı
Күні
Қаралым
2
Нөмір
№3436433

Сипаттама

Marketinq komandamıza Freelance Content Manager axtarırıq.Bizim üçün Content Manager sadəcə aylıq kontent planını dolduran, müəyyən sayda post və Reels hazırlayan biri deyil. Axtardığımız namizəd brendi araşdırmağı, auditoriyanı anlamağı, fərqli ideyalar irəli sürməyi və hazırladığı kontentin nəticəsini analiz etməyi bacarmalıdır.Vəzifə öhdəlikləriBrend və auditoriya üzrə araşdırmalar aparmaq;Kontent strategiyası və kontent ideyaları hazırlamaq;Sosial media üçün yaradıcı və məqsədyönlü kontent planları qurmaq;Post, Reels və digər kontent formatları üçün ideyalar hazırlamaq;Hazırlanan ideyaların məqsədini və yanaşmasını əsaslandıra bilmək;Trendləri izləmək və onları brendə uyğun şəkildə istifadə etmək;Kontentin nəticələrini izləmək və nəticələr əsasında yeni təkliflər vermək;AI alətlərindən iş prosesini sürətləndirmək üçün effektiv istifadə etmək.Namizəddən gözləntilərimizContent Management və ya sosial media sahəsində iş təcrübəsi;Brend və auditoriya məntiqini anlama bacarığı;Yaradıcı və fərqli kontent ideyaları təqdim edə bilmək;Sadəcə trendi təkrarlamaq deyil, brend üçün uyğun yanaşma formalaşdırmaq;Hazırladığı kontentin hansı məqsədə xidmət etdiyini izah edə bilmək;Analitik düşüncə və nəticələrə əsaslanan yanaşma;Müstəqil işləmək və ideya təqdim etmək bacarığı.AI-dan istifadə etməyən birini axtarmırıq. AI olmadan da düşünə bilən birini axtarırıq.Portfolio necə olmalıdır?Bizim üçün portfolio daxilində çox sayda iş nümunəsinin olması əsas şərt deyil.3 yaxşı iş nümunəsi kifayətdir.Portfolio təqdim edərkən hər iş üzrə aşağıdakı məlumatların qeyd olunması üstünlükdür:Məqsəd nə idi?İdeya necə yarandı?Həmin layihədə konkret rolunuz nə idi?Kontent necə icra olundu?Nəticədə hansı göstəricilər əldə edildi?Əgər kontentə sadəcə vizual və baxış sayı kimi deyil, biznes və kommunikasiya məqsədi olan bir iş kimi yanaşırsınızsa, sizinlə tanış olmaq istərdik.MüraciətCV və portfolionuzu [email protected] e-mail ünvanına göndərə bilərsiniz.E-mail mövzusu: Content ManagerBəlkə də uzun müddətdir axtardığımız Content Manager elə sizsiniz.
ЖАРНАМА