
Bakı50
Gəlmə turizm üzrə menecer
Gəlmə turizm üzrə menecer
500 ₼
Тексерілді1 ай бұрын
ҚалаBakı
Күні
Қаралым50
Нөмір№4719801
Сипаттама
Caspirex Travel komandasına qoşul!
Caspirex Travel şirkəti komandamızı genişləndirmək məqsədilə turizm sahəsində təcrübəli, ünsiyyət bacarıqları güclü və satış yönümlü xanım namizədləri Incoming Manager / Satış Meneceri vəzifəsinə dəvət edir.
Beynəlxalq turizm sahəsində karyera qurmaq, xarici tərəfdaşlarla işləmək və yeni biznes əlaqələri yaratmaq istəyirsinizsə, müraciətinizi gözləyirik!
Biz nə təklif edirik?
Peşəkar və inkişafyönümlü iş mühiti;
Sabit əməkhaqqı və nəticələrə əsaslanan bonus sistemi;
Beynəlxalq turizm bazarında inkişaf və karyera imkanları;
Xarici tərəfdaşlarla birbaşa əməkdaşlıq imkanı;
Şirkətin inkişafında iştirak etmək və peşəkar bacarıqları artırmaq imkanı.
Şirkət: Caspirex Travel
Vəzifə: Incoming Manager / Satış Meneceri
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam iş günü
Əməkhaqqı: Namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən ediləcək.
Namizəd tələbi: Xanım namizədlər
Vakansiya ilə maraqlanan xanım namizədlərdən CV-lərini mövzu hissəsində “Incoming Manager / Satış Meneceri” qeyd etməklə şirkətimizə göndərmələri xahiş olunur.
Caspirex Travel — Azərbaycanı dünya ilə birləşdiririk!
Tələblər:
Turizm və ya satış sahəsində iş təcrübəsi;
İngilis dilini yaxşı səviyyədə bilmək;
Rus dilini bilmək üstünlükdür;
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
Müştərilərlə və beynəlxalq tərəfdaşlarla işləmək bacarığı;
MS Office və Excel proqramlarından istifadə bacarığı;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
Komanda ilə işləmək və vaxtı düzgün idarə etmək bacarığı;
Yeni müştərilər cəlb etmək və satış hədəflərinə çatmaq motivasiyası.
Üstünlük veriləcək namizədlər
Incoming turizm və ya DMC şirkətlərində iş təcrübəsi olanlar;
Xarici turizm agentlikləri ilə B2B əməkdaşlıq təcrübəsi olanlar;
FIT, qrup turları və fərdi tur paketlərinin hazırlanmasını bilənlər;
Əlavə xarici dilləri bilən namizədlər;
Yeni müştərilərin axtarışı və satışların artırılması üzrə təcrübəsi olanlar.
Vəzifə öhdəlikləri:
Xarici ölkələrdə fəaliyyət göstərən turizm şirkətləri və səyahət agentlikləri ilə yeni B2B əməkdaşlıqların qurulması;
Beynəlxalq bazarlarda yeni müştərilərin və biznes tərəfdaşlarının cəlb edilməsi;
Azərbaycanın turizm imkanlarının və Caspirex Travel xidmətlərinin xarici tərəfdaşlara təqdim edilməsi;
Otel, transfer, ekskursiya, bələdçi xidmətləri və fərdi tur proqramları üzrə qiymət təkliflərinin hazırlanması;
Müştərilərlə danışıqların aparılması, sorğuların cavablandırılması və satış prosesinin idarə edilməsi;
Mövcud tərəfdaşlarla əlaqələrin qorunması və əməkdaşlığın genişləndirilməsi;
Turizm bazarının araşdırılması və yeni satış imkanlarının müəyyən edilməsi;
Satış nəticələrinin təhlili və müntəzəm hesabatların hazırlanması.
Maaş: 500-1000 AZN
Yaş: 20-32
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən aşağı
Хабарландырудың дереккөзі
Түпнұсқа хабарландыруды ашу© CASPIREX TRAVEL boss.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.
ЖАРНАМА

