Həssas və quruya meyilli dəriləri olan xanımlar ideal üz baxımı vasitələrini seçməyin nə qədər çətin olduğunu yaxşı bilirlər. Belə xüsusi dərini eyni anda bir neçə cəbhədə qorumaq lazımdır: maksimum dərəcədə incə təmizləyərək, qızartı və qıcıqlanma yaratmadan, tonuslaşdırmaq və əlbəttə ki, dərin qidalandırmaq. Makiyaj təmizləyici vasitələrdən söhbət gedəndə isə bu məsələ daha da aktuallaşır. Bir çox qızlar arasında ən populyar məhsul — micellər suyu — əksər hallarda onun ünvanına edilən haqlı təriflərə baxmayaraq, bəzən epidermisi qurutmağa meyillidir. Amma Eveline Cosmetics markasının bu yeniliyi heç də belə deyil! Hyaluronik micellər suyu xüsusi zərif dəriyə sahib olan gözəllər üçün hazırlanıb. Standart micellər suyun bütün möcüzəvi xüsusiyyətlərini qoruyub saxlayaraq, o nəinki suya davamlı makiyajla belə mükəmməl mübarizə aparır, həm də fantastik nəmləndirici təsir göstərir. Tərkibindəki hyaluron turşusu dərinin elastikliyini əhəmiyyətli dərəcədə artırır və mimik qırışların hamarlanmasına kömək edir. Bir dəfə sınadıqdan sonra başqa bir vasitəyə qayıtmaq istəməzsiniz.
© birmarket.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.