Prayk
Hüquqşünas — Hüquq
Келісімді

Hüquqşünas

ТексерілдіБүгін

№6335584·Қаралым: 3

Сипаттама

BOKT “IDEAL KREDIT” MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Vəzifə öhdəlikləri: Notariat kontorlarında ipoteka müqavilələrinin yerində rəsmiləşdirilməsi və sənədləşmə işlərinin aparılması; Problemli kreditlər üzrə icra qeydlərinin alınması üçün notariat orqanları ilə işin təşkili; Məhkəmə proseslərində iştirak etmək, şirkətin hüquqi maraqlarını müdafiə etmək; İddia ərizələrinin hazırlanması, təqdim edilməsi və məhkəmə proseslərində müdafiəsinin həyata keçirilməsi; Borclulara ünvanlanan xəbərdarlıq və bildirişlərin hazırlanması və göndərilməsi; Müxtəlif hüquqi ərizə, iddia, müraciət və digər sənədlərin hazırlanması; Kredit öhdəliklərinin icrası və borcların hüquqi qaydada tələb edilməsi istiqamətində işlərin aparılması; Hüquqi sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi. Tələblər: Hüquq ixtisası üzrə ali təhsil; Notariat sahəsində, bank və ya BOKT-da hüquqşünas kimi ən azı 2-3 il iş təcrübəsi; Hüquqi sənədlərin hazırlanmasında yüksək yazı mədəniyyəti və dəqiqlik; Məsuliyyətlilik, təşkilatçılıq və vaxtın düzgün idarə edilməsi bacarığı; Bilməlidir: Mülki Məcəllə və Mülki Prosessual Məcəllə; "Notariat haqqında", "İpoteka haqqında" və "Daşınar əmlakın girovu haqqında" Azərbaycan Respublikasının qanunları; Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi: 24.12.2026 E-mail: [email protected] Müraciət: https://jobsearch.az/vacancies/ideal-kredit-bokt-huquqsunas-156860
ЖАРНАМА