
Bakı19
Hvac mühəndis
Hvac mühəndis
1 500 ₼
Тексерілді2 апта бұрын
ҚалаBakı
Күні
Қаралым19
Нөмір№4719792
Сипаттама
Vəzifə: HVAC mühəndisi
İş yeri: NAT CORP MMC
İş qrafiki: 5 günlük iş qrafiki ( 0900 – 1800 )
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən ediləcək.
Vəzifə haqqında
Şirkətimiz HVAC (Heating, Ventilation and Air Conditioning) — isitmə, havalandırma və kondisioner sistemlərinin layihələndirilməsi, quraşdırılması, istismarı və texniki nəzarəti sahəsində çalışacaq məsuliyyətli və peşəkar HVAC mühəndisi axtarır.
Təklif edirik
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
Peşəkar komanda ilə işləmək;
Bilik və təcrübəyə uyğun əmək haqqı;
Müasir mühəndislik layihələrində iştirak imkanı.
Müraciət qaydası
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “HVAC mühəndisi” qeyd etməklə aşağıdakı əlaqə vasitəsinə göndərə bilərlər.
E-mail: [email protected]
Əlaqə nömrəsi: 010 – 256 – 01 – 78 Əsmər xanım
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər:
Müvafiq mühəndislik ixtisası üzrə ali təhsil;
HVAC, isitmə, havalandırma və kondisioner sistemləri üzrə nəzəri və praktiki biliklər;
Çiller, fancoil, AHU, nasoslar və digər mühəndislik avadanlıqları haqqında məlumatlı olmaq;
AutoCAD proqramı ilə işləmək bacarığı;
Texniki çertyojları və layihə sənədlərini oxumaq bacarığı;
MS Office proqramlarında işləmək bacarığı;
Analitik düşünmə, problem həll etmə və komanda ilə işləmək bacarığı;
Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.
Üstünlük hesab olunur:
HVAC sahəsində iş təcrübəsi;
Revit MEP və ya digər mühəndislik proqramları üzrə biliklər;
HVAC avadanlıqlarının seçilməsi, texniki hesablamalar və layihələndirmə təcrübəsi;
İngilis dilində texniki sənədlərlə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
HVAC sistemlərinin layihələrinin hazırlanmasında və texniki həllərin seçilməsində iştirak etmək;
Çiller, fancoil, AHU, VRF/VRV və digər HVAC avadanlıqlarının texniki xüsusiyyətlərini təhlil etmək;
İsitmə, soyutma və havalandırma sistemlərinin hesablamalarını aparmaq;
Texniki layihələri, spesifikasiyaları və avadanlıq siyahılarını hazırlamaq;
Avadanlıqların seçilməsi, quraşdırılması və istismara verilməsi proseslərinə nəzarət etmək;
Texniki sənədləri, çertyojları və işçi layihələri oxumaq və təhlil etmək;
Layihələrin texniki norma və standartlara uyğunluğunu təmin etmək;
Podratçılar, təchizatçılar və digər mühəndislərlə əməkdaşlıq etmək;
HVAC sistemlərində yaranan texniki problemləri müəyyənləşdirmək və həll yolları təklif etmək.
Maaş: 1500-2000 AZN
Yaş: 20-50
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Хабарландырудың дереккөзі
Түпнұсқа хабарландыруды ашу© NAT CORP MMC boss.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.
ЖАРНАМА










