Bakı şəhərinin mərkəzində, AF Mall-ın yanında, Səməd Vurğun və Bülbül küçələri arasında, 28 May metrosuna yaxın yerləşən 100 m² sahəsi olan, 3 otaqlı kommersiya obyekti uzunmüddətli icarəyə verilir.
Obyektin üstünlükləri:
• Ayrı giriş
• 3 otaq və funksional planlaşdırma
• Yeni təmir
• Havalandırma sistemi və kondisioner
• İsti və soyuq su, sayğac
• Hər otaqda təxminən 2 m² pəncərə sahəsi
• Bütün sənədlər qaydasındadır
İstifadə üçün uyğundur: tədris və dil mərkəzi, ofis, hüquq və mühasibatlıq xidməti, gözəllik və kosmetologiya xidməti, atelye, elektronika servisi, internet mağazası və sifarişlərin təhvil məntəqəsi.
Qeyd: Obyekt yarımzirzəmi tipindədir, giriş küçə səviyyəsindən 4 pilləkən aşağıdır.
Uzunmüddətli icarəyə üstünlük verilir. Mövcud kirayəçi ilə qiymət razılaşdırıla bilər.
Ətraflı məlumat və obyektə baxış üçün əlaqə saxlayın.